GENERAL AT ÇAPAN GÜLAYI QƏBUL ETDİ – FOTO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Son günlər kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə azyaşlı qızın yüksək sürətlə at çapma bacarığını nümayiş etdirən video görüntülər paylaşılmaqdadır.
Qaynarinfoxəbər verir ki, Azərbaycan Respublikasının Atçılıq Federasiyası tərəfindən bu video ilə maraqlanılıb və həmin materialda görüntülənən 9 yaşlı Gülay və onun atası Ağdam rayonunun Ətyeməzli kəndindən qaçqın düşərək Sumqayıt şəhərində məskunlaşmış Fərzəliyev Vüsal Qəzənfər oğlufederasiya prezidenti ilə görüşə dəvət olunub.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Gülay və onun atası ilə görüşüb. Səmimi keçən görüşdə Gülay at sürməyə 4 yaşından başlamasını, atçılıq idmanına böyük maraq göstərməsini, gələcəkdə atçılıq idmanı ilə peşəkarcasına məşğul olmağın ən böyük arzusu olmasını bildirib.
Söhbət zamanı Gülayın atçılıq idmanına olan marağının ARAF tərəfindən tam dəstəklənəcəyi bildirilərək, at sürmə zamanı təhlükəsizlik qaydalarına riayət etməsinin mütləq vacibliyi izah olunub.
General-polkovnik Elçin Quliyev Gülayın atçılıq idmanı ilə məşğul olması üçün zəruri olan süvari ekipirovkası ilə təmin edilməsi, ona məşq üçün tam şəraitin yaradılması, atası Vüsal Fərzəliyevin isə işə götürülməsi barədə tapşırıqlar verib.

Related Articles

+994 50 295 94 79
top