MƏŞHUR MÜĞƏNNİDƏN DOLLAR PAYLAŞIMI: “NƏ AC QALARIQ…” VİDEO – YENİLİK.AZ

MƏŞHUR MÜĞƏNNİDƏN DOLLAR PAYLAŞIMI: “NƏ AC QALARIQ…” VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

“Heç vaxt pulun əsiri olmadıq”

“Nə ac qalarıq, nə də açıqda qalarıq. Bura Türkiyə Cümhuriyyətidir. Bunu hər kəs bilsin”. İstiPress-in məlumatına görə, Türkiyənin ən məşhur müğənnilərindən biri İbrahim Tatlısəs ABŞ-la münasibətlərin gərginləşməsi fonunda dolların rekord səviyyədə bahalaşması, milli valyuta olan lirənin isə dəyər itirməsini belə şərh edib.

“İmperator” prezident Rəcəb Tayyib Ərdoğana bu yolla dəstəyini nümayiş etdirib. O, prezidentin qatıldığı sammitlərdən birində türk bayrağının əksi olan kağızı götürərək cibinə qoymasının görüntüsünü paylaşıb və belə yazıb:

“Başqaları boş-boş baxarkən öncə bayrağını düşünən, onun üzərinə basmayan bir adam var…Prezidentə etibarım, inancım tamdır. İqtisadiyyatımızı çökdürmək istəyənlər, daxildən və xaricdən bizə savaş açan düşmənlərimiz, xainlər qalib gələ bilməyəcəklər. Bizim elə bir liderimiz varki nə ölkəmizin adını, nə də şəhid qanı ilə islanmış bayrağımızı ayaqlar altına atsın. Çətin günlər keçəcək. Bu nə ilkdir, nə də son!!! Dolların qalxıb-düşməsi ilə bu millətə heç nə olmaz.

Heç bir zaman para-pulun əsiri olmadıq. Bunu da belə bilin…!!!”

Related Articles