SUMQAYITDA SİLAHLI İNSİDENT NƏTİCƏSİNDƏ BİR NƏFƏR ÖLDÜ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Sumqayıt şəhərində ölümlə nəticələnən silahlı insident baş verib.
Yenilik.az “Report”a istinadən xəbər verir ki, şəhər ərazisində təqribən 40-45 yaşlı kişi açılan atəş nəticəsində dünyasını dəyişib.
Qətli törədən şəxs hadisə yerindən qaçmağa nai olub. Əraziyə polis əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün Sumqayıt şəhər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinə təhvil verilib. Ölən şəxsin kimliyi hələ ki, məlum deyil.
Hadisəni törədən şəxsin yerinin müəyyən edilməsi və onun məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Related Articles

+994 50 295 94 79
top