ANAR GƏRAYLININ DÖYDÜYÜ HAMİLƏ HƏYAT YOLDAŞININ GÖRÜNTÜLƏRİ-VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com


Tanınmış jurnalist Anar Gəraylının hamilə həyat yoldaşı Pərvanə Qurbanlını küçənin ortasında döyməsi barədə məlumat vermişdik.

AYDINLIQ.AZ Minval.info-ya istinadən  xəbər verir ki, ölkənin aparıcı saytlarından birində işləmiş media nümayəndəsi bundan öncə də həyat yoldaşına fiziki zorakılıq edib. Belə ki, Gəraylının spirtli içki asılılığı olduğundan belə davranışlara yol verdiyi bildirilir. Lakin Pərvanə Qurbanlı onu sevdiyindən bütün bunlara qatlanıb və Anarın müalicəsi üçün əlindən gələni edib. Gəraylı isə həyat yoldaşına məhəl qoymayıb. Nəticədə isə bıçaq sümüyə dirənib.

Pərvanə Qurbanlının zorakılığa məruz qalması gündəm mövzusuna çevrilib. Sosial şəbəkələrdə insanlar Anarın bu hərəkətini şiddətlə qınayırlar. Eyni zamanda Qurbanlıya dəstək olduqlarını nümayiş etdirirlər.

Zorakılığa məruz qalan Pərvanə xanım hadisədən sonra sosial media hesabında bunları qeyd edib:

“Tanıdığım, tanımadığım dəstək verən hər kəsə çox təşəkkür edirəm. Tək olmadığımı bilmək mənə indiki halda, aldığım fiziki və mənəvi travmalardan sonra xeyli kömək etdi. Haqlı olaraq “niyə indiyə kimi dözmüsən” sualı verənlər var, olacaq. Bəzən asan olmur ailədən, sevgi kimi müqəddəs hissdən keçmək. Amma o da bir yerdə tükənə bilir. Əlimdən gələni etdim ona kömək etmək üçün, həkimə də göndərdim, hətta dəfələrlə normal insanlar kimi bitirməyi də təklif etmişəm. Hamısı faydasız oldu. Kəllə-beyin travması almışam, amma xəstəxanada deyiləm, evdəyəm. Narahat olmayın. Bir daha təşəkkür edirəm. Var olun!”

Məlumata görə, Anar Gəraylı törətdiyi hadisədən sonra məsuliyyətdən yaxa qurtara bilib. Belə ki, onu bu gün Bakının mərkəzi küçələrindən birində gəzərkən görüblər.

Minval.info Pərvanə Qurbanlının bu yaxınlarda və daha əvvəl həyat yoldaşının ona qarşı göstərdiyi fiziki zorakılığın izlərini özündə əks etdirən fotolar əldə edib.

DİN Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov Minval.info-ya açıqlamasında qeyd etdi ki, zorakılığa məruz qalan şəxs hüquq mühafizə orqanlarına, ərazi üzrə polis bölmələrinə, 102 zəng mərkəzinə müraciət edə bilər:

“Təqsirli istər jurnalist, istərsə də sadə vətəndaş olsun, kimliyindən asılı olmayaraq, zərərçəkmiş hər hansı qanunsuzluqla, şiddətlə rastlaşdığı halda dərhal hüquq mühafizə orqanlarına bu barədə rəsmi müraciət etməlidir. Onun müraciəti əsasında araşdırma aparılır və araşdırmanın da nəticəsindən asılı olaraq lazımi tədbirlər görülür. Buyursun, kim zorakılığa, şiddətə məruz qalıbsa sosial mediaya deyil, hüquq mühafizə orqanlarına, ərazi üzrə polis bölmələrinə, 102 zəng mərkəzinə müraciət edə bilər. Biz də müraciətdən məsələyə hüquqi qiymət verək”.

Həmçinin mövzu ilə əlaqədar minval.info-ya fikirlərini bildirən hüquqşünas Rövşanə Rəhimova məsələnin ictimailəşdirilməsinə sevindiyini ifadə edib: “Pərvanə xanımın ictimai sektorun adamı olmasına görə bu məsələ gündəm mövzusuna çevrildi. Nə yaxşı ki, bu hal ictimailəşdi. Amma siz təsəvvür edin ki, bu cür vəziyyətlə qarşılaşan yüzlərlə xanımlarımız var. Hansılar ki, ehtiyat edirlər hüquq mühafizə orqanlarına müraciət etməyə. Məsələnin ictimailəşməsindən qorxurlar. Bunun səbəbi isə odur ki, ölkəmizdə məişət zorakılığı ilə mübarizə çox zəifdir. Düzdür, bununla bağlı qanun 2010-cu ildə qəbul olundu. Lakin qanun işləmə mexanizmi, təkminləşməsi hələ də inkişaf etməyib. İnkişaf etməməsinə səbəb isə bu sahədə ixtisaslaşmış kadrların demək olar ki, olmaması, “Ailə, Uşaq, Qadın Komitəsi”nin işlərinin nəticəsiz qalması bu qanunun inkişafını ləngidir. “Məişət zorakılığı ilə mübarizə” qanununa əsasən, Mühafizə Ordeninin verilməsinin ölkəmizdə sayı çox azdır. Halbuki, bunun verilməsi posesi asan və sadə olmalıdır. Zərərçəkmiş order üçün müraciət edib, məsələ dərhal araşdırmalı və zərərçəkmişə order verilməlidir. Həm də təqsirkar da artıq məsuliyyət daşıdığının fərqinə varır. Sözügedən hadisə ilə bağlı da deyə bilərəm ki, jurnalist Anar Gəraylının əməlləri təsdiq olunduğu halda o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinəcək. Əgər Pərvanə xanım əvvəl müraciət etsəydi, buna “Əzab vərmə” bəndi də əlavə olunardı”.

Qeyd edək ki, Pervana Qurbanova artıq vəkilinə müriciət edib və araşdırma başlayıb.

Related Articles

+994 50 295 94 79
top