FƏDAYƏ LAÇIN VƏ DİGƏR TƏQSİRLƏNDİRİLƏNLƏRDƏN SENASİON İFADƏLƏR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 9
    Shares

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçması ilə bağlı təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib.

Bizimyol.info xəbər verir ki, təqsirləndirilən şəxslər arasında Peniensiar Xidmətin vəzifəli şəxsləri və müğənni Fədayə Laçın da olmaqla 13 nəfərdirlər.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prosesdə təqsirləndirilən müğənni Fədayə Laçın ifadə verib.

“Axırıncı dəfə Etibarın yanına gedəndə məndən açar istədi”

O, təqsirləndirilən şəxslərdən yalnız A.Nəcəfovu tanıdığını bildirib: “Mən Etibar Məmmədovun qardaşının toyuna dəvət almışdım. Sonra onun ad günündə iştirak etdim. Onunla da orada tanış oldum. Etibar şair idi, mənə yazdığı şerləri, qəzəlləri atırdı. Onunla münasibətimiz belə yarandı. Etibar həbsdə olanda yanına gedib-gəlirdim. Orada şerləri, mahnıları müzakirə edirdik. Axırıncı dəfə Etibarın yanına gedəndə məndən açar istədi. Açarın nəyə lazlm olduğunu soruşanda, qəfəs var, onu açacağını bildirdi. Mən daha əvvəllər bacımın Azərbaycan Dəmir Yollarında işlədiyini demişdim. Buna görə də məndən açar istədi. Heç bilməzdim ki, Etibar qatardan qaçar. Əvvəl açara görə bir neçə gün telefonumu söndürdüm. Sonra Aqil açara görə zəng elədi. Mən də bacıma zəng etdim. Açarı başqa adamdan Aqil götürdü. Sonra da məlum hadisə baş verdi. Hadisədən sonra məni prokurorluğa çağırdılar, özüm ora getdim”.

“Bizim görüşümüzə orada qaravul rəisi Ceyhun Səmədov icazə verdi”

F.Laçın söyləyib ki, “Qoca” Lənkrana etap edilən zaman orada onunla görüşüb: “Etibar mənə zəng etmişdi. Mən də həmin gün Lənkəranda toyda idim. Sonra onunla görüşdüm. Sonuncu dəfə Etibarla Bakı vağzalında görüşdüm. Bizim görüşümüzə orada qaravul rəisi Ceyhun Səmədov icazə verdi. O, çantamı alıb, üstümə baxış keçirdi. Qatarda telefonumda olan mahnılara Etibar qulaq asdı. O, Ceyhundan icazə istəmişdi. Ceyhun da ona icazə verdi. Etibarın qaçmağına inanmırdım. Onun cinayətkar olduğunu tanış olandan sonradan bildim”.

“Etibarın qatardan qaçma xəbərlərini saytlardan eşitdim”

Vəkillərin suallarını cavablandıran F.Laçın həmin açarı şəxsən görmədyini qeyd edib: “Etibarın qatardan qaçma xəbərlərini saytlardan eşitdim. O, qaçandan sonra mənimlə əlaqə saxlamadı. Mən Etibarla qatarda görüşəndə nə Ceyhun Səmədova, nə də digərlərinə pul verməmişəm. Çünkü mənə hörmət edirdilər. Həttə yol polisləri məni yolda saxlayanda belə, hörmət edib, buraxıblar. Çünkü məni onlar bir müğənni kimi yaxşı tanıyırdılar. Etibarla Bakıda qatarda görüşümüzdə Ceyhun Səmədovdan xəbərsiz gizlindən onunla şəkil çəkdirdim. Hətta orada Əli Ağaminin də Etibarla şəkili çəkdim”.

“Bizə şəraiti polislər yaratmışdı, çay da verdilər”

Müğənni Bakı İstintaq Təcridxanasında E.Məmmədovla 3 dəfə görüşdüyünü bildirib: “Lənkəranda isə icazə ilə onunla görüşdüm. Bizə şəraiti polislər yaratmışdı, çay da verdilər. Bir neçə dəqiqlə Etibarla söhbэt etmişəm”.

Məhkəmədə məlum olub ki, F.Laçın daha əvvəl “Qoca” ilə 32 dəfə telefonla danışıb və zənglərin çoxu gecə saatlarında baş verib. Hakim deyib ki, ən çox danışıq 4 min 30 saniyə olub və həmin vaxt da Fədayə Laçın Etibara zəng edib.

F.Laçın bunu təsdiqləyib: “Bəli, ona mən də zəng edirdim, özü də zəng edirdi. Çünkü gecələr yata bilmirdim, onunla danışırdım”.

“”Qoca” məni təhdid etdiyi üçün qorxub onları apardım”

Prosesdə ufadə verən təqsirləndirilən Məhəmməd Hacıyev Sumqayıtda taksi fəaliyyəti ilə məşğul olduğunu söyləyib: “Günay xanım zəng etdi. Bir qədər sonra ora gedəndə Günay Etibarı aparmaq lazım olduğunu bildirdi. Yeni çatmışdım ki, qapı döyüldü, Etibar içəri daxil oldu. Əvvəl qapıda Etibarla söhbət etdik, dedi ki, “artıq, əskik olmasın, hara lazımdır ora da sür”. Mən onunla pul söhbəti aparmamışam. Əvvəl Sumqayıtdan Qaradağa apardım. Postda geri qayıtdıq, Günay nömrə aldı. Sonra getdik və Ağstafada həbs edildik”.

M.Hacıyev söyləyib ki, “Qoca” onu təhdid edib: “Mən də qorxuduğum üçün onları apardım”.

“Maşında bildim ki, Etibar qaçıb”

Digər təqsirlndirilən Tərlan Zeynalov ifadəsində deyib ki, “Qoca” qaçandan sonra onunla görüşüb: “Görüşümüz ayaqüstü olub. 2000 manat pul var idi, onu gətirib Etibara verdim. Pul mənim dayımoğlunda idi. Pulu da “Qoca”nın yoldaşı göndərmişdi. Əvvəl maşınla gəlib, məni götürüb Hökməliyə getdik. Maşında bildim ki, Etibar qaçıb. Hökməlidə onun dustaq yoldaşının evinə getdik. Axşam tərəfi pulu gətirib verib, oradan getdim”.

“Etibar polisə güllə atdı”

Təqsirləndirilən Şahmar Bəyəlizadə də ifadə verib. O, dostunun ona zəng edib, qonağı olduğunu bildirdiyini söyləyib: “Mən də evdə tək idim. Bunlar gəldi, mağazaya getdim. Qayıdanda dedilər ki, Fədayə Laçın həbs edilib. Yenidən mağazaya gedib, qayıdanda Etibargil getmişdi. Sonra onlarla birgə gedəndə polis bizi mühasirəyə aldı. Həmin zaman Anar yaralanmışdı. Yolda Etibar baqajdan çıxdı, onda silah var idi. Etibar polisə güllə atdı. Biz Anarla maşının saxlanmasını istədik. Etibar “saxlasan vuracam” dedi. Polis bizi tutanda Etibar yaralı idi. O, bıçağı çıxardıb özünü öldürmək istəyirdi. Lakin sonrası görmədim”.

“”Ölsəm də sağ ələ keçməyəcəm” deyib qarnına bir neçə bıçaq zərbəsi endirib””.

Hakim Ş.Bəyəlizadənin ifadəsində ziddiyət olduğunu deyib və onun istintaqa verdiyi ifadəsi elan olunub. O ifadəsində bildirib ki, polislə atışmadan sonra “Qoca” bıçaq çıxarıb “ölsəm də sağ ələ keçməyəcəm” deyib qarnına bir neçə bıçaq zərbəsi endirib”.

“Sonradan bildim ki, baqajdan çıxan “Qoca”dır”

Təqsirləndirilən Anar Əsgərov istintaqa verdiyi ifadəsini təsdiq edib. O, taksi sürücüsü olduğunu söyləyib: “Gecə idi, qəsəbədən tanıdığım İlqar rayona getmək lazım olduğunu bildirdi. Maşında gedən zaman baqajdan bir nəfər çıxdı. Sonra bildim ki, bu “Qoca”dır. Onu heç tanımırdım. Yolda polis bizi mühasirəyə aldı. Hadisə zamanı yaralanmışam. Xəstəxanada yaddaşım pozulub. Çox şey yadımda deyil”.

“Etibarı rəisin otağına qandalsız apardım”

Məhkəmədə təqsirləndirilən qarovul rəisinin müavini Tural Poladxanov ifadə verib. O, Fədayə Laçınla Günay Atakişiyevanı hadisədən əvvəl bir dəfə gördüyünü bildirib: “Qatarda 9 kamera var idi. Pəncərə yalnız bələdçinin otağında idi. Təlimatda dustaq bələdçinin qatarında gedə bilməz”.

T.Poladxanov dindirilən zaman hadisə barədə danışıb: “Bakıda dustaqları kameralara yerləşdirəndən sonra “Qoca” rəis Ceyhun Səmədovun yanına getmək istədi. Çünkü onun həmişə problemi olurdu. Soruşanda “sənlik deyil, rəisin yanına apar” dedi. Deyəsən onu rəisin yanına mən apardım. Etibarı rəisin otağına qandalsız apardım. O, rəisin yanında qaldı. Ağamini isə rəisin otağına mən aparmamışam, bilmirəm. Gecə saatlarında yatdım, onu bələdçinin otağına aparmışdılar. Yuxudan qalxanda Günay Atakişiyevanı həmin bələdçinin otağında tək oturanda gördüm”.

T.Poladxanov növbəti iclasda ifadəsini davam etdirəcək.

Prosesin növbəti iclası avqustun 15-nə təyin edilib.

Cinayət işi üzrə 13 nəfər təqsirli bilinir və 1 nəfər barəsində isə axtarış elan olunub.İttiham aktına əsasən, 7 nəfər – Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.

Ədliyyə Nazirliyi və Baş Prokurorluq Penitensiar xidmət əməkdaşlarının həbs olunması ilə bağlı birgə məlumat yayıb. Belə ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən dərhal Əməliyyat Qərargahı yaradılaraq həbsdən qaçmış şəxslərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli surətdə axtarışı və yaxalanması üzrə bütün zəruri tədbirlər görülür. Hadisənin baş verməsini yaradan şərait və səbəblərin araşdırılması üçün hərtərəfli prinsipial xidməti yoxlama aparılıb.

Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən, vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Bundan əlavə, həbs edilmiş şəxslərin vaqonda müşayiətini bilavasitə təmin edən qarovul rəisi Ceyhun Səmədov və digər 7 əməkdaş ədliyyə orqanlarından xaric edilib, Penitensiar xidmətin bir çox digər aidiyyəti məsul işçiləri ciddi intizam məsuliyyətinə cəlb olunublar.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin istintaqla müəyyən edilib ki, qarovul heyəti tərəfindən həbs edilmiş şəxslərin etapı zamanı E.Məmmədov və Ə.Ağamiyə münasibətdə “Həbs edilmiş şəxslərin müşayiət edilməsinə dair Qaydalar”ın tələblərinə riayət olunmayıb və bu da fövqəladə hadisə – təqsirləndirilən şəxslərin həbsdən qaçmağı ilə nəticələnib.

Bununla əlaqədar qarovul rəisi C.Səmədov, qarovul rəisinin köməkçiləri Fuad Hacıyev və Tural Platxanov Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulan əmələ görə cinayət məsuliyyətinə cəlb olunub və barələrində həbs qətimkan tədbiri seçilib.C

Məhbusların qaçmasına yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Mühafizə altından qaçan Ə.Ağami həbs olunub, E.Məmmədov isə əməliyyat zamanı öldürülüb.

Related Articles

+994 50 295 94 79
top