ADNAN OKTARIN CİNAYƏTİNDƏ ŞOK MASON DETALI – DONALD TRAMP VƏ İTALİYALI NAZİR…

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Türkiyədə özünü din xadimi kim təqdim edərək mütəşəkkil cinayətkar dəstəyə başçılıq edən Adnan Oktar və müridlərinə qarşı açılan istintaq işi çərçivəsində şok detallar ortaya çıxmaqda davam edir.

Publika.az xəbər verir ki, Adnan Oktar İtaliyanın mason lojasına 33-cü dərəcədən qatılmaq üçün 1 milyon 50 000 avro ödəyib.

Lakin bu iddia Hürr və Qəbul Edilmiş Masonlar Türkiyə Böyük Lojası tərəfindən təkzib edilib. Lojanın böyük ustadı Bülənt Akkan Oktarın dünyada tanınan heç bir mason lojası tərəfindən masonluğa qəbul edilməsinin mümkün olmadığını bildirib.

Adnan Oktar mason olmaq üçün ilk cəhdlərini 2012-ci ildə edib. Oktarın sağ qolu kimi tanınan Oktar və Hüma Babuna qardaşları 2012-ci ildə Vaşinqton şəhərində Hürr və Qəbul Edilmiş Böyük Mason Lojasını ziyarət edərkən, bu xəbər Adnan Oktarın rəhbəri olduğu “A9” kanalında özü və müridləri tərəfindən elan edilib.

Polislə Adnan Oktarın mason olduğu bilgilərini paylaşan keçmiş müridlərdən biri din xadiminin mason olmaq üçün İtaliyanın xarici işlər naziri Franko Frattini ilə görüşdüyünü deyib:

“Adnan Oktar 2012-ci ildə xaricdə daha böyük nüfuz əldə etmək üçün mason olması lazım olduğunu söylədi və məndən araşdırma etməyimi istədi. Mən də dünyadakı ən güclü mason lojalarının İsveç Rit və P2 mason lojaları olduğunu öyrənib bildirdim. Ritə üzv olmaq üçün İngiltərədə yaşaması vacib idi. P2 mason lojası ilə əlaqə qurmağımı istədi. Hər dəfə 350 000 avro olmaqla, 3 dəfə pul verib 33-cü dərəcədən mason oldu. Bu loja ABŞ lojası ilə ortaq hərəkət etdiyi üçün Donald Trampın prezidentliyə and içdiyi günə dəvət aldı. Adnan Oktarı təmsil etmək üçün Oktar Babuna və iki nəfər getdi. Bu dəvətnamələri almaq üçün 200 min dollar pul verildi”.

Related Articles

+994 50 295 94 79
top