TÜRKİYƏDƏN ABŞ-A SİLLƏ KİMİ CAVAB – YENİLİK.AZ

TÜRKİYƏDƏN ABŞ-A SİLLƏ KİMİ CAVAB

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Elektron məhsullar boykot edilir

“Türkiyə ABŞ istehsalı olan elektron məhsulların boykot etməyi planlaşdırır”. İstiPress-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, qeyd edib ki, Amerika ancaq Türkiyəyə yox, eyni zamanda Çin, Rusiya, İran və Avropaya, hətta Kanadaya da hücumlar edir.

“Onlarda iPhone var, amma digər tərəfin “Samsung”u var. Öz ölkəmizin “Venüs” “Vestel”i var.

Biz özümüzə kifayət edərik. Pilotsuz aparatlar istəyəndə deyirdilər ki, Konqres icazə vermir. Pis qonşu bizi ev sahibi etdi. İndi özümüz onları istehsal edirik. Qərbdən dostlar axtarırıq, görüşlər həyata keçirilir. Bu görüşlər davam edəcək”.

Prezident deyib ki, bu gün Türkiyə dünyanın ən sağlam, etibarlı bankçılıq sistemlərindən birinə malikdir. Borclar davamlı şəkildə ödənilir. “Turizmdə rekordlar vurduğumuz bir dövrdür. Bir savaşa başlamışıq? İşğal edilmişik? Siyasi xaos yaşayırıq? Xeyir. Tam əksi öz torpaqlarımızda da, bölgədə də rifahın, təhlükəsizliyin təminatçısı olan ölkəyik.

Buradan iş dünyasına səslənirəm. İqtisadi “killerlərə” verəcəyimiz ən gözəl cavab işimizə dörd əlli sarılmağımız olacaq. Daha çox istehsal edəcəyik, ixrac edəcəyik. Anbarları qıfıllamağın mənası yoxdur. İxrac, ixrac, ixrac. İstehsalı dayandırmaq yalnış olardı. Xaricdən pul ilə aldığımız məhsulun daha yaxşısını istehsal edib, biz xaricə satacağıq”.

Related Articles