“ŞEYX HƏMZƏT” AZƏRBAYCANA BURAXILMADI

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
Çeçen əsilli kriminal avtoritet Xəmzət QastəmirovAzərbaycana buraxılmayıb.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, “qanuni oğru” hava limanından geri göndərilib.
Təxminən 20 nəfərlik heyətlə Azərbaycana giriş etmək istəyən Qastəmirov ölkəyə buraxılmadığı üçün İstanbula yollanıb.
Etibarlı mənbə bildirir ki, o, səfər çərçivəsində 2016-cı ildə İstanbulda qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin məzarını ziyarət edəcəkdi.
Qeyd edək ki, “Şeyx Xəmzət” Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur.

Related Articles

+994 50 295 94 79
top