ROBERT KÖÇƏRYAN YENİDƏN HƏBS OLUNA BİLƏR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bu gün Ermənistan Baş Prokurorluğu ölkənin ikinci prezidenti Robert Köçəryanın həbsdən azad olunması ilə bağlı Apellyasiya Məhkəməsinin çıxardığı qərardan Kassasiya Məhkəməsinə şikayət verəcək.

Yerli KİV bildirir ki, bunu Ermənistan baş prokurorunun məsləhətçisi Qor Abramyan deyib.

Onun sözlərinə görə, Baş Prokurorluğun kassasiya şikayəti təmin edilərsə, Robert Köçəryan yenidən həbs olunacaq.

Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryana qarşı 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham irəli sürülüb. İttihamla əlaqədar sabiq prezident iyulun 28-də həbs edilmişdi. Lakin avqustun 13-də Apellyasiya Məhkəməsi keçmiş prezidentin toxunulmazlığını əsas tutaraq, Köçəryanla bağlı Yerevan Şəhər Məhkəməsinin çıxardığı 2 aylıq həbs qətimkan qərarını ləğv edib.

Bu arada Xüsusi İstintaq Xidmətinə istinadən Robert Köçəryanın ofisində və iqamətgahında axtarış aparıldığı barədə məlumat yayılıb. İstintaqın maraqları baxımından axtarışın nə vaxt, nə məqsədlə aparıldığı və nələrin aşkarlandığı barədə məlumat verilmir. Yalnız o bildirilir ki, axtarış bir neçə gün əvvəl aparılıb./Virtualaz.org

Related Articles

+994 50 295 94 79
top