AZƏRBAYCAN ALMANİYALI DEPUTATIN ÖLKƏYƏ GİRİŞİNƏ QADAĞA QOYDU

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Almaniya kansleri Angela Merkeli müşayiət edəcək deputatlardan birinə Azərbaycana giriş qadağası qoyulduğu məlum olub.
Merkelin “Xristian-Demokrat ittifaqı” partiyasının deputatı Albert Vaylerin Azərbaycanın qara siyahısında olduğu üçün ölkəyə səfəri qadağan olub.
Vayler 2014-2016-cı illərdə Azərbaycanın razılığı olmadan işğal olunmuş Qarabağ torpaqlarına səyahət etdiyi üçün qara siyahıya salındığı məlum olub.
Almaniya tərəfi deputatın bölgəyə səyahəti üçün Azərbaycan hökuməti ilə danışıqlar aparsa da, rəsmi Bakı qətiyyət göstərərək razılıq verməyib.
Qeyd edək ki, Albert Vaylerin cənubi Qafqaz ölkələrinə səfəri zamanı kansler Angela Merkeli müşayiət edəcəyi bildirilirdi.
Modern.az

Related Articles

+994 50 295 94 79
top