BAKIYA GƏTİRİLƏN 70-DƏN ÇOX QURBANLIQ QOYUN TƏLƏF OLDU – ŞOK SƏBƏB

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Musavat.com –un müxbiri qurbanlıq heyvanların satışı yarmarkasında dəhşətli mənzərənin şahidi olub.

Yarmarkaya satışa gətirilən yük maşını ilə dolu qurbanlıq heyvanlar tələf olub. Buna səbəb isə heyvanları daşıyan maşında havalandırma yerinin olmaması olub. Nəticədə qapalı yerdə yüz kilometr yol gələn 70-dən çox heyvan istidən və havasızlıqdan tələf olub.

Heyvan sahiblərinin özləri də bu vəziyyətdən yarmarkada xəbər tutublar. Öyrəndik ki, heyvanlar yarmarkaya Siyəzən rayonundan gətirilib.

Müşahidə etdik ki, heyvanlar yük maşınından düşürdülərkən ölü vəziyyətdə olublar. 70 heyvandan cəmi 4-ü sağ qalıb.

Satıcılar külli miqdarda ziyana düşməmək üçün məcburən yerdə can verən heyvanları tələsik kəsiblər. Lakin həmin ətrafda olan qəssablar bu heyvanların ətinin insanlara satılmasını doğru hesab etmirlər.

Related Articles

+994 50 295 94 79
top