GÖMRÜKDƏ MÜHUM DƏYİŞİKLİK, İKİ İDARƏ BİRLƏŞDİRİLDİ, YENİ TƏYİNAT OLDU – KİMLƏR VƏZİFƏDƏN GETDİ?

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
Azərbaycan Gömrük Komitəsinin sədri, general-leytenant Səfər Mehdiyev Aksiz Baş Gömrük İdarəsi ilə  Avtonəqliyyat Baş Gömrük İdarəsini birləşdirib.
Yenilik.az unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı komitə sədri Səfər Mehdiyev əmr imzalayıb.
Belə ki, yeni yaradılan quruma Həsən Eyyubov rəis təyin edilib.
Qeyd edək ki, Həsən Eyyubov Bakı Baş Gömrük İdarəsinin rəis müavini olub.
Mia.az-ın məlumatına görə, Aksiz idarəsinin rəisi Ehtiram Xəlilov başqa vəzifəyə təyin edilib.
Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İsmayıl Hüseynova isə başqa vəzifə verilib-verilmədiyi haqda hələlik məlumat açıqlanmayıb.

Related Articles

+994 50 295 94 79
top