KEÇİLƏR METRONUN İŞİNİ POZDU

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Relslərin üzərinə çıxan heyvanlara görə hərəkət sxemi dəyişib

Dünyanın ən böyük metrosuna sahib olan şəhərlərdən birində nəqliyyatın hərəkəti iflic olub. Söhbət Nyu-Yorkdan gedir.

İstiPress-in məlumatına görə, buna səbəb isə iki keçidir.  Relslərin üzərinə çıxan heyvanlara görə, hərəkət istiqamətlərində dəyişikliklər etməli olublar.

Bu barədə şəhər metropoliteni öz sosial şəbəkə səhifəsində məlumat yayıb. “Bizim üçün nə isə yeni bir şey. Bruklin xəttində iki keçi özü üçün gəzir”.

Polis heyvanları təhlükəsiz şəraitdə relslərdən uzaqlşadıra bilib. Bundan sonra hərəkət istiqamətləri bərpa edilib.

Related Articles

+994 50 295 94 79
top