“BU MANAFA DEYİN AZ KİŞİLİKDƏN DANIŞSIN”- JURNALİSTDƏN MANAF AĞAYEVƏ ÇOX SƏRT SÖZLƏR – FOTO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Mügənni Mətanət Əsədovanın məclislərdən birində araq içməsi iddiası ilə bağlı yaranmış qalmaqal səngimir.

Milli.Az bildirir ki, müğənni Manaf Ağayevin həmkarı Mətanət Əsədovanı videoya çəkən şəxsi “razborkaya çağıraraq diz çökdürdüyünü” söylədiyi iddia olunmuşdu.

Manaf Ağayevə şamil olunan açıqlama sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub.

Mövzuya jurnalist, xeberal.az saytının baş redaktoru Mirismayıl Xələfli də qatılıb.

O, Facebook profilində yazıb: “Bu Manafa deyin az kişilikdən danışsın. Doğulduğu Füzuli rayonu işğal altındadır. Manaf Ağayev və bəziləri gəlib Bakıda kişi olublar, kişilikdən danışırlar. Saçına qara qoyub Mətanət Əsədovanın qeyrətini çəkincə, get mahnını oxu, pulunu qazan. Sənin torpağını işğal edən hansısa bir erməni dığasını Moskvada ya hardasa söhbətə çağırmısan? Nə xod gedirsən? Səni Manaf edən söhbətə çağırmaq istədiyin Azərbaycan kişiləridir, ağıllı ol, quş buraxma!!!”

 

Related Articles

+994 50 295 94 79
top