MEHRİBAN ƏLİYEVA AZTƏMİNATLI AİLƏLƏR ÜÇÜN QURBAN KƏSDİRDİ – FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırılır.
Heydər Əliyev Fondundan AZXEBER.COM-a verilən məlumata görə, layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edir. Bu məqsədlə ətlik cins heyvanlar regionlardan gətirilərək xüsusi ət kəsimi müəssisələrində kəsilərək qablaşdırılıb. Qurban payları regionlar və Bakının rayonlarında ünvanlı sosial yardım alan 51.157 ailənin hər birinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə paylanılır, sakinlər bayram münasibətilə təbrik edilir.Bayram sovqatlarının paylanılması avqustun 23-dək davam edəcək.

Related Articles

+994 50 295 94 79
top