MİNGƏÇEVİRDƏ İKİ YAŞLI KÖRPƏ ƏMƏLİYYAT MASASINDA CAN VERDİ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında 2 yaşlı körpə əməliyyat zamanı ölüb.
Yenilik.az “Report”a istinadən xəbər verir ki, ölüm hadisəsi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan cərrahiyyə əməliyyatı zamanı baş verib.
Belə ki, 2016-cı il təvəllüdlü Yevlax rayon sakini Həsənəliyev Ayaz Vüsal oğlu ağır vəziyyətdə əvvəlcə Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada uşağı əməliyyat etməkdən imtina ediblər.
Bundan sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilən A.Həsənəliyev vəziyyətinin ağırlığı səbəbindən dərhal əməliyyata alınıb. Körpə əməliyyat zamanı bəlli olmayan səbəbdən keçinib.
Dünyasını dəyişən uşağın meyiti analiz üçün Tibbi-ekspertiza laboratoriyasına aparılıb.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.

Related Articles

+994 50 295 94 79
top