EYNİ FAKÜLTƏYƏ QƏBUL OLAN ATA VƏ QIZI DANIŞDIDANIŞDI: “VALİDEYNİ İLƏ QRUP YOLDAŞI OLMAQ…” – VİDEO – YENİLİK.AZ

EYNİ FAKÜLTƏYƏ QƏBUL OLAN ATA VƏ QIZI DANIŞDIDANIŞDI: “VALİDEYNİ İLƏ QRUP YOLDAŞI OLMAQ…” – VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Ata və qız bir parta arxasında otura bilərlər.

Ağcabədidə ata və qızı eyni anda tələbə adını qazanıb. Ağcəbədi rayon Sarıcalı kəndinin sakinləri Kərəm Süleymanov və qızı Nərgiz Süleymanova ali məktəbə qəbul imtahanında iştirak ediblər. Nəticələr açıqlandıqdan sonra isə məlum olub ki, onlar eyni universitetdə, hətta eyni ixtisdasa qəbul olublar. İxtisasca riyaziyyat müəllimi olan ata qızı ilə birgə özü də hazırlaşıb.

Maraqlısı budur ki, onlar imtahan verəndə də qonşu otaqlara düşüblər.

Birinci qrup üzrə qəbul imtahanlarında iştirak edən ata 537 bal, qızı isə 413 bala bal toplayıb. Hər ikisi Bakı Dövlət Universitetinin İnformatika müəllimliyi ixtisası üzrə təhsil almaq hüququ qazanıblar.

Bundan əvvəldə ali məktəblərə qəbul imtahanlarında iştirak edən Kərəm Süleymanov bir necə dəfə yüksək bal toplayıb unversitete qəbul olsa da təhsil pullu olduğu ücün sənədlərini verməyib. Bu dəfə də ata və qız ödənişli əsaslarla universitetə qəbul olub. Ona görə də qızın oxuyacağı dəqiqləşsə də, atanın oxuması sual altındadır.

Related Articles