ŞOK KADRLAR: SİRLİ QƏBİLƏLƏR TAPILDI – VİDEO – FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 1
    Share

Google servisinin Braziliyanın şimalında apardığı adi, rutin çəkilişlər zamanı indiyədək məlum olmayan qəbilələr aşkarlanıb.

Milli.Az Survival-a istinadən bildirir ki, Google-un dronu Vale do Javari bölgəsində aeroçəkilişlər apararkən cənğəllikdə 16 kiçik qəbilədən ibarət qrup aşkarlayıb.

Onlar yerli hinduların “maloka” dedikləri uzun, baraka bənzəyən daxmalarda yaşayırlar.

Mütəxəssislərin dediklərinə görə, Peru və Kolumbiya ilə sərhədlərin yaxınlığında məskunlaşmış bu kiçik qəbilələr ən yaxın yaşayış məskənindən 270 km aralıda həyat sürürlər. Onların yaşam arealı 57 min kvadrat kilometrdir.

 Braziliyanın şimalında, cəngəllikdə ibtidai icma quruluşu səviyyəsində yaşayan hindular səmadakı dronun səsini eşidəndə qorxub qaçıblar.

Onların ətraf aləmlə heç bir əlaqələri yoxdur.

Related Articles

+994 50 295 94 79
top