BU DÖVLƏT QURUMU NEÇƏ İLDİR LƏĞV EDİLİB, AMMA… – İDDİA

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayonu şöbəsinin rəisi vəzifəsində işləmiş Allahverdi Xudaverdiyev fəaliyyət göstərdiyi müddət ərzində saxta yolla yüzlərlə Dövlət Aktı kadastr planı verib.

Daxil olan məlumata görə, hazırda yüzlərlə vətəndaş Allahverdi Xudaverdiyev tərəfindən verilmiş saxta Dövlət Aktlarını qanuniləşdirə bilmir. Belə ki, vətəndaşlar Dövlət Aktları kadastrı planlarını Əmlak Məsələləri üzrə Dövlət Komitəsində qeydiyyata daxil etmək istədikdə, onlara verilən həmin sənədlərin əslinin olmadığı aşkarlanıb.

Zərərçəkmişlərin verdiyi məlumata görə, yol verdiyi saxtakarlıqların nə zamansa üzə çıxacağından ehtiyat edən Allahverdi Xudaverdiyev hətta əlbir olaraq Quba rayon Notariat Arxivinin yandırılmasına belə qol qoyub.

Qeyd edək ki, hazırda Quba Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışan Allahverdi Xudaverdiyev daha yüksək vəzifələrə sahib olmaq uğrunda çalışır. Belə ki, idarə rəisinin Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini postuna iddialı olduğu bildirilir.

TİA.AZ

Related Articles

+994 50 295 94 79
top