REYD ZAMANI GƏRGİNLİK: AYIBDIR, KAMERANI YIĞIŞDIR, SÖHBƏT EDƏK – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakıda, əsasən, gecə saatlarında qaydaları pozan sürücülərə qarşı reyd keçirilib.

Yenilik.az ARB TV-yə istinadən xəbər verir ki, maşınını sərxoş halda sürən və polisin “saxla” əmrinə tabe olmayanlara qarşı təşkil olunan reyddə mübahisəli anlar yaşanıb.

Binəqədi rayonu ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə “Mercedes” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verilib.

Amma sürücü polisin əmrinə tabe olmayaraq, hərəkətini davam etdirib. Daha sonra yol polisləri tərəfindən Rəsulzadə qəsəbəsi ərazisində saxlanılan sürücü sənədlərini təqdim etməkdən boyun qaçırıb.

Reyd zamanı sənədlərini təqdim etməkdən boyun qaçıranlardan savayı, əmrə tabe olmayanlar və başqa qanun pozucuları qeydə alınıb və həmin sürücülərə qarşı qanunun tələblərinə uyğun tədbirlər görülüb.

 

Related Articles

+994 50 295 94 79
top