“XƏZƏR” KLİNİKASINDA ÖLƏN QADIN İLK QURBAN DEYİLMİŞ (FOTO)

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
“Xəzər” klinikasında həkim səhlənkarlığından dünyasını dəyişdiyi qızı tərəfindən iddia edilən Şərqiyyə Əhmədova bu tibb ocağında ilk qurban deyilmiş.
TİA.AZ azeuronews.com-a istinadən xəbər verir ki, bir neçə il əvvəl Bakıxanov qəsəbəsi Ə.Kərimov küçəsinin sakini Məlikova Badam Dadaş qızının da adıçəkilən klinikada başına iş açılıb.

İynə qırığı əməliyyat nahiyəsində qalıb
Ona əməliyyat üçün “Xəzər” klinikasında tibb bacısı işləyən qohumu Adilə Zeynalova həkim Lalə Qasımovanı məsləhət görüb.
L.Qasımova B.Məlikovanı müayinə edir, boğaz nahiyyəsində cərrahiyə əməliyyatı aparmağı öz öhdəsinə götürür.
Lalə həkim ona bildirir ki, əməliyyatını “Xəzər” klinikasında işləyən təcrübəli cərrah Cabbar Cəlilovla birlikdə keçirəcək.
B.Məlikova oğlu Malik Məlikzadənin burnunda artıq ət olduğunu söyləyərək, onun da  əməliyyat olunmasını L.Qasımova ilə razılaşdırır.  Hər iki əməliyyata görə həkimə 450 manat ödənilir.
Oğlunun əməliyyatının çətin keçdiyini söyləyən Lalə həkim 50 manat da əlavə alır. Ana və bala əməliyyatdan sonra evə buraxılırlar.
Ama 3-4 gün keçsə də, boynunun sağ nahiyyəsində narahatlıq hiss etməyə başlayır. Sanki həmin nahiyədən boğazına nəsə batır.
B.Məlikova qohumu Adiləyə zəng edərək problemini deyəndə, cavab verir ki, əməliyyatı zamanı iynə qırılıb, ola bilsinki,həmin iynə qırığıəməliyyat nahiyəsində qalıb.
Lalə həkim isə ehtimal edib ki, iynə qırığı əməliyyat zamanı istifadə edilmiş pambıq tomponlara yapışıb

“Medi life” “Xəzər” klinikasını ifşa etdi
Sonradan o, yenidən “Xəzər” klinikasına gedir. L.Qasımov onu rentgen müayinəsi edir, iynə aşkarlanmadığını söyləyir, boynundakı tikişlərin narahatlıq verdiyini bildirir.
Amma B.Məlikova bildirib ki, uzun müddət narahatlıq keçməyib. Bir neçə dəfə yenidən Lalə xanıma müraciət etsə də, sonuncu hər dəfə onun müxtəlif dərmanlar qəbul etməsini məsləhət görüb,psixoloji olaraq özündə asılılıq yaratdığını bildirib.
Nəhayət, 5 yanvar 2014-cü ildə dişini müayinə etdirərkən “Medilife” klinikasında rentgen də olur, boynunun sağ nahiyəsində,yəni əməliyyat olunduğu yerdə yad cism aşkarlanır.
Bundan sonra o, Lalə xanıma və Cabbar həkimə müraciət edib. Lalə xanımıniştirakı ilə Mərkəzi Klinikada, “Bakı” klinikasında və Mərkəzi Neftçilər Xəstəxanasında müayinə olunur.
Hər üç müayinənin nəticəsində onun boynunun sağ nahiyəsində iynəyəbənzər metalik yad cism olduğu deyilir. Həmin yad cismin sinirlərin sıx hissəsində yerləşməsi təkrar əməliyyatın riskli olacağı və fəsadlar verə biləcəyinə səbəb olub.
B.Məlikova İsrailə üz tutur, orda ona zəmanət verilir. Yaxınları isə o zaman azertaym.az saytına bildirmişdilər ki, məsələni hüquqi müstəviyə çıxarmaq niyyətindədirlər.
“Az qala ölümünə bais olacaqları xəstənin bu günkü müqəddəratına görə ən azı qanun qarşısında cavab verməlidirlər”, – deyə bildirmişdilər.(http://azertaym.az/hadise/2485-hekm-qurban-bu-defe-xezer-klnkasnda.html)
Baş həkimin səhlənkarlığı?
Amma B.Məlikova yaxşı qurtarır, bu dəfə “Xəzər” klinikasında Şərqiyyə Əhmədova dünyasını dəyişir.
Qızı Songül Əhmədova afn.az saytına şikayət edib ki, anası baş həkim İlqar Yusibovun məsuliyyətsizliyi ucbatından ölüb.
Ş.Əhmədova avqustun 2-də uşaqlıq miomasından əməliyyat olunmaq üçün klinikaya müraciət edib: “Ayın 1-də anamda təngnəfəslik yaranıb, “Xəzər” klinikası yaxın olduğu üçün bibim anamıora aparıb.
Ona qədər qanaxması olurdu, amma qorxulu həddə deyildi. Klinikada kardioloq anamın ürəyini yoxlayıb, deyib heç bir problem yoxdur.

İlqar Yusibov
Söhbət əsnasında anam deyib ona ki, məndə bu problem var, qanaxma olur, təngnəfəslik də ondan ola bilərmi?
Həkim deyib ki, xəstəliyinlə bağlı diaqnozları götür, bizim klinikanın baş həkimi İlqar Yusibova yaxınlaş. Anam yaxınlaşıb İlqar həkimə, o isə deyib ki, əməliyyat ola da bilərsən, olmaya da.
Anam deyib nə vaxtdır müalicə alıram, onsuz da keçən deyil, əməliyyat edək. Beləliklə, avqustun 2-də əməliyyat baş tutub, cərrah İlqar Yusibov aparıb. Anamın uşaqlığı bütövlükdə götürülüb”.
Şikayətçinin sözlərinə görə, əməliyyat səhər saat 11:00 radələrində başlayıb 13.00 radələrinə kimi davam edib.
“Diaqnoz qoyulub ki, tromb qopub ağciyərə tıxanıb”
S.Əhmədova əməliyyatdan sonra anası ilə görüşüb, dediyinə görə, rəngi göyəribmiş, özü də titrəyirmiş: “Tibb bacısını çağırdım, dedi narkozdandı, normaldı.
Anamın üstünə qalın odyalörtdürdüm, getdim evə. Axşam görüş saatında getdim yanına, dedi vəziyyətim yaxşıdı, sadəcə keylər açılır deyə bir az ağrılar gəlir.
Səhəri gün saat 9-a qalmış yenə getdim anamın yanına, dedi ki, mən buranın kaşasını istəmirəm, özün bişir gətir, özüm bişirdim apardım, yedirtdim.
Amma baxdım ki, onun yarasına və sidikliyinə salınan kateterin biri çıxıb yatağı islanıb, biri isə altında qalıb bükülü vəziyyətdə qalıb.
Xəstə baxıcısını çağırdım, başladı anama hirslənməyə ki, bəs bunu niyə vaxtında deməmisiz, hər yer batıb. Ona irad bildirdim, dedim bu sizin vəzifənizdir, gəlib baxmalısız, nəzarətdə saxlamalısız.
Sonra mən baxdım ki, anamın ayağından bandajın biri çıxıb, soruşdum anamdan ki, niyə belədir, dedi axşam bir dəfə çıxdı geydirdilər, ikinci dəfə çıxanda dedilər ki, daha lazım deyil, geyindirmədilər.
Sonra mənə dedilər ki, get bandaj al, qarnına bint bağlanmalıdır. Həm də dedilər ki, get al gətir sonra altını dəyişək.
Getdim aldım, qayıtdım, elə içəri girmək istəyirdim kənardan qışqırdılar ki, görüş saatı bitib, dərhal otağı tərk elə və s.
Anam uzaqdan mənə dedi ki, hardaydın, niyə gec gəldin? Dedim sənə bandaj almağa getmişdim, dedi nahaq getmisən başqa yerə, gərək burdan alaydın.
Mən çıxdım evə gəldim, 15 dəqiqə idi çatmışdım, zəng gəldi ki, gəl ananın vəziyyəti pisdir.
Getdim, mənə demədilər ki, keçinib, sonradan dedilər. İlkin diaqnoz qoyulub ki, tromb qopub gedib ağciyərə tıxanıb ondan keçinib”.
“Ölkə rəhbərliyinə müraciət etmişik”
S.Əhmədovanın sözlərinə görə, dərhal məsələyə hüquq-mühafizə orqanları, prokurorluq qarışıb. Meyit ekspertizaya götürülüb, bütün orqanlarından nümunələr götürülüb:
“Mənim şikayətim odur ki, həkim əməliyyat öncəsi müayinəni düzgün aparmayıb. Anam deyib ki, məndə varikoz var, həkim deyib ki, problem yoxdur. Bundan başqa, anamda qan tez laxtalanırdı, həkim demişdi anemiyası var.

Bütün bunlara baxmayaraq, onu əməliyyata salıblar və əməliyyat vaxtı heç bir əlavə qan köçürməsi aparılmayıb. Biz indi ekspertizanın cavabını gözləyirik. Həmçinin ölkə rəhbərliyinə müraciət etmişik”.
“Xəzər” klinikasının baş həkimi İlqar Yusibov isə ölüm faktının hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını bildirib və araşdırma başa çatdıqdan sonra bu məsələ haqda ətraflı danışa biləcəyini söyləyib.
Yada salaq ki, bir neçə il əvvəl “Xəzər” klinikasının adı orqan mafiyasında keçirdi və bu barədə musavat.com yazmışdı. (http://musavat.com/news/orqan-mafiyasina-bagli-daha-iki-klinika_75896.html)
Onu da deyək ki, 4 il əvvəl “Xəzər” klinikasının baş həkiminin müavini Nəbiolla Heydərli iş otağının qapısının çərçivəsindən iplə asılmış vəziyyətdə aşkarlanmışdı. O, intihar etmişdi.

Related Articles

+994 50 295 94 79
top