AZƏRBAYCANLI AKTRİSA GÖZLƏRİ OYULAN İTİ ƏMƏLİYYAT ETDİRDİ – FOTO – YENİLİK.AZ

AZƏRBAYCANLI AKTRİSA GÖZLƏRİ OYULAN İTİ ƏMƏLİYYAT ETDİRDİ – FOTO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Aktrisa Gülşən Hüseynli nümunəvi addım atıb.

Bir müddət əvvəl gözləri oyulan itin bütün əməliyyat xərclərini öz üzərinə götürəciyini söz verən aktrisa vədinə əməl edib.

Hazırda Türkiyənin İstanbul şəhərində olan G. Hüseynli bununla bağlı saytımıza açıqlama verib.

Aktrisa bunları deyib:

“Söz verdiyim kimi, neçə vaxtdır gözlədiyim əməliyyat axır ki, baş tutdu. Şükür olsun Allaha, itin gözü əməliyyat olundu. Sağ gözü müalicələr nəticəsində tamamilə görür, sol gözü isə əməliyyatla götürüldü və artıq heç bir acı hiss etməyəcək. Sol gözünü şərəfsiz, vicdansız, alçaq tamamilə çıxartmışdı. Hazırda İnstanbuldayam və görürəm ki, burada heyvanları çox sevirlər… Bizdə amma buraxsan ya itin gözünü çıxardarlar, ya da təcavüz edərlər. İnsan olun, insan, ay heyvanı incidən şərəfsizlər. Bu itin gözlərini çıxardanı kim tapsa, ona pul mükafatı veriləcək! Şükür Allaha, itimiz yaxşıdır”.

Xatırladaq ki, bir müddət əvvəl Sumqayıtda kimliyi bilinməyən bir nəfər kimsəsiz itin gözlərini oymuşdu. (baku.ws)

Related Articles