NYU YORKUN ADI DƏYİŞDİRİLDİ – AMERİKALILAR ŞOKDA

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

ABŞ-ın Nyu-York şəhərinin adı “Snapçat”, ”Siti Bayk”, “Strit İzi” kimi məşhur proqramlardakı xəritələrdə “Yevtropolis” (yəhudi şəhəri) olaraq dəyişdirilib.

Bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Sözügedən proqramlar üçün xəritə hazırlayan “Mapboks” şirkətinin rəhbəri Erik Qundersen verdiyi açıqlamada bu “dəyişikliyi yanlışlığın ən çirkin növü” olduğunu deyib.

Onun sözlərinə görə, proqramlarda gündə bir neçə dəfə dəyişiklik edilir və bu dəyişikliklərdən birində kimsə Nyu Yorku “Yevtropolis” kimi təqdim edib. Yanlışlıq bir neçə saatdan sonra düzəldilib.

Şəhərin adının dəyişdirildiyini görən bir neçə internet istifadəçisi bu məlumatı sosial şəbəkələrdə paylaşaraq tənqid edib.

Related Articles

+994 50 295 94 79
top