ABŞ-DA YENİ QALMAQAL: TRAMPIN JURNALİSTLƏRİ PULLA SUSDURMASI FAKTI ORTAYA ÇIXDI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

ABŞ-ın nüfuzlu “The New York Times” (NYT) nəşri prezident Donald Trampın “National Enquirer” qəzetinin siyasətinə müxtəlif üsullarla təsir göstərməsi ilə bağlı məqalə yayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məqalədə Ağ Evin indiki rəhbərinin öz nümayəndələri və tanışları vasitəsilə həmin mətbu orqanda özü ilə bağlı xoşagəlməz informasiyaların dərc edilməsinə əngəl törətdiyi qeyd olunub.

“NYT”-ın informasiyasına əsasən Tramp və onun keçmiş vəkili Maykl Koen “National Enquirer”in reportyorlarının sudurulması, habelə onlar tərəfindən aparılan araşdırmalar zmaanı üzə çıxarılan materialların pulla alınması üçün plan işləyib hazırlayıblar.

Məqalədə həmin materialların Trampın keçən əsrin 80-ci illərinə qədər fəaliyyətini əks etdiriən faktları özünə birləşdirdiyi yazılıb.

“National Enquirer”in sahibinin ABŞ prezidentinin uzun illər boyu dostluq etdiyi Devid Pekerə aid olan “American Media” qrupuna mənsub olması Trampın işini asanlaşdırıb.

Картинки по запросу trump david pecker

Devid Peker və Donald Tramp

“NYT” son 20 ildə Devid Pekerin qəzetində Tramp əleyhinə hər hansı kompromat xarakterli yazının getməsinə izn verilmədiyini bildirib.

Məsələn, bütün Amerika prezidentin pornoulduz Stormi Danielslə bağlı intim münasibətləri barədə yazanda Peker öz əməkdaşlarına bununla bağlı materialları yaymamağı tapşırıb.

Hətta Trampla əlaqədar elə faktlar olub ki, “National Enquirer” onu müstəsna hüquq kimi satın alıb və daha sonra həmin materialı məhv edib.

2016-cı ilin avqustunda “American media” “Playboy” erotik jurnalının fotomodeli Karen Makduqaldan müsahibə almaqdan ötrü 150 min dollar ödəyərək eksklüziv hüquqlar əldə edib. Karen Makduqal həmin jurnala Trampla intim əlaqələrindən danışmalı imiş. Bundan başqa, Pekerin firması Karen Makduqala öz jurnallarında onu fitnes üzrə ekspert kimi reklam olunacağını vəd edib.

Картинки по запросу trump national enquirer karen mcdougal

Karen Makduqal

Elə həmin vaxtdan bu yana “American media”da erotik fotomodelin Trampla bağlı hekayələri yaymayıb.

“NYT” “National Enquirer” qəzetinin prezident haqqında nə qədər material topladığı və onlardan neçəsini məhv etdiyi barədə tam məlumata sahib olmadığını bildirib. Lakin qəzet ABŞ hüquq-mühafizə orqanlarının və konqresmenlərin bu faktı da diqqətə alacaqlarına ümid etdiyini yazıb.

Related Articles

+994 50 295 94 79
top