İŞDƏN ÇIXARILAN İCRA BAŞÇISI İSTİNTAQA ÇAĞIRILDI – ŞOK İDDİA – YENİLİK.AZ

İŞDƏN ÇIXARILAN İCRA BAŞÇISI İSTİNTAQA ÇAĞIRILDI – ŞOK İDDİA

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Ramiz Yediyarov hüquq-mühafizə orqanında ifadə verib.
Unikal.org xəbər verir ki, çirkli pulların yuyulmasında, Rusiyada azərbaycanlı biznesmenlərdən yığılan ianələrin AXCP-yə verilməsində ittiham edilərək həbs edilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmovun cinayət işi ilə bağlı Ramiz Yediyarovun ifadəsinin  alınıb.
Adıçəkilən saytın iddiasına görə, istintaqa ifadə verən Saleh Rüstəmov Gədəbəy rayonunda geniş ərazilərdə tikdirdiyi “Park” marketə, onun ikinci mərtəbəsində yerləşən – sahib olduğu şadlıq evinə və digər obyektlərinə görə Ramiz Yediyarova külli-miqdarda rüşvət verdiyini qeyd edib: “AXCP fəalının bu ifadəsindən sonra Gədəbəy Rayonunun keçmiş icra başçısı Ramiz Yediyarov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinə çağırılaraq, onun ifadəsi alınıb”.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev Gədəbəy Rayon İcra Hakimiyyətinə başçı təyin olunan İbrahim Mustafayevi kollektivə təqdim edərkən bildirib ki, keçmiş icra başçısı Ramiz Yediyarov işində yol verdiyi ciddi nöqsanlara və sahibkarlığın inkişafına mane olduğu üçün vəzifəsindən azad edilib.

Related Articles