“SEMAŞKO” XƏSTƏXANASINDAN DAHA BİR ŞİKAYƏT -“ATAM YALVARA-YALVARA CAN VERDİ” – VİDEO – YENİLİK.AZ

“SEMAŞKO” XƏSTƏXANASINDAN DAHA BİR ŞİKAYƏT -“ATAM YALVARA-YALVARA CAN VERDİ” – VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Redaksiyamıza üz tutan Bakı sakini Nəsirova Təranə xalq arasında Semaşko xəstəxanası kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzdən şikayətçidir.
Təranə xanım iddia edir ki, onun atası Əhmədov Mövlud bu xəstəxanada həkim səhlənkarlığının və rüşvətin qurbanına çevrilib.
Onun atası nəfəs  yetməzliyi və ciyər daralması səbəbi ilə Semaşko xəstəxanasına aparılıb.  Müntəzəm olaraq eyni xəstəxanada dializ müalicəsi alan Mövlud Əhmədov  çətin vəziyyətdə reanimasiyaya yerləşdirilib. Lakin reanimasiyada yerlədirilmək üçün  bütün xəstələrdən 100 manat rüşvət alındığını sonradan öyrənən ailə həkimə cəmi 10 manat “hörmət etdiyinə” görə ataları reanimasiyadan palataya köçürülb və heç bir həkim onunla maraqlanmayıb. Xəstə həkim diqqətsizliyi səbəbi ilə  oksigen çatışmazlığından həyatını itirib. İndi məsələ ilə bağlı 20-ci polis bölməsinə şikayət etdiyini və məsələni, bölmənin əməkdaşı Orxan Abbasovun diqqətdə saxladığını deyən Təranə Nəsirova bu addımı gələcəkdə atası kimi günahsız qurbanlar olmasın deyə atdığını söyləyir. Təranə Səmədovanın söylədiyi şok iddiaları təqdim edirik:

news24.az

Related Articles