5 MİLYONA PİŞİK SATILIR: “EKSTRASESDİR, RUHLARI GÖRƏ BİLİR”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Kemerovo sakini Vladimir populyar saytların birində 5 milyon rubla pişik satılması haqqında elan verib.
Vladimir iddia edir ki, onun pişiyi ekstrasensdir, ruh və xəyalətləri görə bilir.

Britaniya cinsi pişiyin satılması haqqında elan sentyabrın 1-də çıxıb. Pişiyin hazırda dörd yaşı var. Sahibi saxladığı heyvanla ona görə ayrılmağa qərar verib ki, ailənin mənzilində yer azdır və quyruqlu gözəl məcburdur ki, bağ evində yaşasın.

Pişiyə qoyulan qeyri-adi qiymət diqqət cəlb etmək üçün yaxşı reklam gedişi olub. Vladimir onu da qeyd edib ki, pişiyi bu qiymətə almaq istəyən tapılsa , o etiraz etməyəcək.

Bununla belə sahibi heyvanın qeyri-adi qabiliyyətlərinə şübhə etmir. O deyir ki, bir az əvvəl ailə yığışıb ev almaq istəyirdi. Adətə görə evə birinci pişik buraxılmalıdır, amma heyvan mənzilə girməkdən imtina edib. Sonra qonşular deyib ki, satılan mənzildə yaxşı ad çıxarmayan bir qoca arvad yaşayıb. Vladimir deyir ki, pişik bunu hiss edib və sahibini çəkindirib.

Rusiyada daha çox pişik almaq ilə maraqlanırlar, nəinki it. Statistikaya görə, pişik alanlar 13% it alanlardan çoxdur. (Moderator)

Related Articles

+994 50 295 94 79
top