AZƏRBAYCANDA UŞAĞA SİQARET ÇƏKDİRİB GÜLÜRLƏR – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
Siqareti düzgün tutmağı belə bacarmayan 4-5 yaşlı balacaya siqaret çəkdirib, gülürlər. Azyaşli isə sanki yaxşı bir əməl etdiyini düşünərək, prosesi bir neçə dəfə təkrarlayır.

Yenilik.az xezerxeber.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan görüntülər hər kəsin qınaq obyektinə çevrilib.

Ətrafda olan şəxslər isə baş verənlərə çox etinasız yanaşırlar. Onlardan biri isə gördüklərini maraqlı və gülməli hesab etdiyi üçün telefonla çəkir.

Videodan açıq-aydın görünür ki, uşağın ətrafındakılar həmyaşıdlarıdır. Lakin videonu lentə alanın səsindən bilinir ki, həmin şəxs kifayət qədər yaşlı insandır.

Mövzu ilə bağlı danışan sosioloq Əhməd Qəşəmoğlu deyir ki, insan bir şəxsiyyət olaraq 5 yaşına kimi tam formalaşır. Bu müddət ərzində uşağa nə aşılansa, beyninə də o, həkk olunur. Sosioloqun sözlərinə görə, son vaxtlar əksər ailələrdə uşaqlar tərbiyə olunan zaman bu cür neqativ hallara çox rast gəlinir.

Sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilən bu görüntü vətəndaşların da qınaq obyektinə çevrilib.

Bu cür əməllər azyaşlıların psixologiyasına daha mənfi təsir göstərir.

Şikayətini

Related Articles

+994 50 295 94 79
top