AZƏRBAYCANA GƏTİRİLƏN ƏTLƏRLƏ BAĞLI – XƏBƏRDARLIQ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədi ilə əhaliyə xəbərdarlıq edib.

Bu barədə BiG.AZ-a agentlikdən məlumat verilib.

Xəbərdarlıqda deyilir:

“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiyanın Samara, Kurqan və Çelyabinsk vilayətlərində iribuynuzlu heyvanlar arasında Nodulyar dermatit və Moskva vilayətinin Şaxovskaya rayonunda xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliklərinin yayılması müəyyən edilib.

Bununla əlaqədar, bu ölkədən iribuynuzlu və xırdabuynuzlu heyvanların idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələblərini nəzərə almalıdır.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiyanın qeyd olunan vilayətlərindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub”.

Related Articles

+994 50 295 94 79
top