AZƏRBAYCANLI MƏMUR ÖVLADLARI VƏ ONLARIN AİLƏSİ : KİM NƏ İŞLƏ MƏŞĞULDUR- SİYAHI/ FOTOL

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 9
    Shares

Məmurların iş fəailiyyətləri ilə yanışı onların özəl həyatları, həmçinin ailələri də insanların maraq dairəsində olub. Məmurlar qədər onların övladları da şəxsi biznesləri, bahalı avtomobilləri, dəbdəbəli toyları, lüks yaşam tərzləri ilə zaman-zaman mediada müzakirə obyektinə çevriliblər.

Yenilik.az sonxeber.az-a istinadən azərbaycanlı məmurlar və onaların övladalarını təqdim edir:

Fövqəladə hallar naziri Kamaləddin Heydərovun iki oğlu var. K.Heydərovun oğlanlarının hər ikisi nüfuzlu London İqtisadiyyat Məktəbində təhsil alıblar.

Nazirin böyük oğlu Tale Heydərov Avropa-Azərbaycan Cəmiyyətinin sədri və “Qəbələ” idman klubunun prezidentidir. Kamaləddin Heydərovun kiçik oğlu Nicat Heydərov isə “United Enterprises International” şirkətlər qrupunun sədr müavinidir.
Tale Heydərov və həyat yoldaşı

Nicat Heydərov və həyat yoldaşı

Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov da iş adamı və diaspor təşkilatının rəhbəri kimi tanınır. Anar Məmmədov Azərbaycanda fəaliyyət göstərən böyük şirkətlər qrupunda Müşahidə Şurasının sədridir. O, sabiq Kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə ilə ailəlidir.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Rəhbəri, Azərbaycan Yelkənli Qayıq İdmanı Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun oğlu Orxan Qurbanov Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanovun qızı Fərəhlə ailə həyatı qurmağı ilə gündəmə gəlib.

Keçmiş vergilər naziri Fazil Məmmədovun qızını Selcanxatun ailə holdinqi kimi tanınan “Synergy Group” Şirkətlər Qrupuna rəhbərlik etdiyi bildirilir. Nazir qızı Kürəkəni isə Londonda yaşayır və orada bizneslə məşğuldur. Fazil Məmmədov Namiq Əliyevlə qudadır.Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev artıq bir neçə yüksək post dəyişib. Teymur Mehdiyev 2003-cü ildə Gənclər və İdman Nazirliyində turizm idarəsinin rəisi təyin olunub.

Gənclər və idman naziri Azad Rəhimovun bir övladı var. Nazirin oğlu Arif Rəhimov “Baku Grand Prix” şirkəti 2016-cı ildə Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin – “Formula 1″in “Qran Pri” yarışının təşkilatçısıdır. O, Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramovun qızı Cahanla evlidir. Onların bu evlilikdən bir qız övladı var.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Milli Məclis deputatı Vasif Talıbovun iki oğlu var. Vasif Talıbovun böyük oğlu, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbovdur.

Kiçik oğlu isə Seymur Talıbovdur. O, MR Ali Məclisinin üzvü, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışır. Seymur Talıbov Naxçıvan daxili İşlər naziri Fazil Ələkbərovun qızı ilə ailə həyatı qurub.

Sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev qudadır. Belə ki, keçmiş nazir oğlu Pirverdiyevin qızını Dünya ilə ailə həyatı qurub.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qızı Kəmalə İbrahimovanın şəxsi biznesi var. O, “DeCamie” moda evinin sahibidir. Ötən aylarda eks məmur qızının toy mərasimi baş tutub.

Related Articles

+994 50 295 94 79
top