RUSİYADAN AZƏRBAYCANA BU XƏSTƏLİKLƏR KEÇƏ BİLƏR – XƏBƏRDARLIQ – YENİLİK.AZ

RUSİYADAN AZƏRBAYCANA BU XƏSTƏLİKLƏR KEÇƏ BİLƏR – XƏBƏRDARLIQ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bu şəhərlərdən gələn nəqliyyat vasitələrinin dezinfeksiya edilməsi ilə bağlı DGK-ya müraciət olunub

Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədi ilə əhaliyə xəbərdarlıq edib. Agentlikdən verilən məlumata görə, xəbərdarlıqda deyilir ki, ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Samara, Kurqan və Çelyabinsk vilayətlərində iribuynuzlu heyvanlar arasında Nodulyar dermatit və Moskva vilayətinin Şaxovskaya rayonunda xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliklərinin yayılması müəyyən edilib.

Bununla əlaqədar olaraq, bu ölkədən iribuynuzlu və xırdabuynuzlu heyvanların idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələblərini nəzərə almalıdır.

“Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasının qeyd olunan vilayətlərindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub”.

Related Articles