BİNƏQƏDİ QƏSƏBƏ BƏLƏDİYYƏSİNDƏ QANUN POZUNTULARI OLUB – LAKİN NAZİRLİK RƏSMİSİ DƏ DETALLARI AÇMAYIB

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bu gün Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsində bələdiyyə üzvlərinin iclası olub.

Bələdiyyədən Mia.az-a daxil olan məlumata görə, saat 12-də bələdiyyə sədri Aytac Əliyevanın sədrliyi ilə baş tutan iclasın gündəliyində 3 məsələ – Sentyabrın 15-də keçiriləcək bilik günü, YAP Gənclər Təşkilatının rayon şöbəsinin rayonda yüksək balla ali məktəblərə qəbul olan tələbələrlə görüş, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən göndərilən və Baş Prokurorluq yanında Korrupsiya qarşı Mübarizə İdarəsi tərəfindən müəyyən olunmuş qanun pozuntuları haqda məsələlərin müzakirəsi olub.
Məlumata görə, iclasda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin Seymur adlı rəsmi nümayəndəsi dəı iştirak edib: “İclasda bələdiyyənin bir sıra qanun pozuntularıa yol verildiyi qeyd olunub. Bunu əsasən Ədliyyə Nazirliyinin nümayəndəsi qaldırıb. Lakin Seymur müəllim də ümumi sözlərdə konkretliyə varmayıb. Yəni iclasda iştirak edən bələdiyyə üzvlərinə aydın olmayıb ki, nazirliyin göndərdiyi və prokurorluğun müəyyən etdiyi qanun pozuntuları nələr olub”.

Related Articles

+994 50 295 94 79
top