İLAHİYYATÇI QMİ-Nİ SƏRT TƏNQİD ETDİ – YENİLİK.AZ

İLAHİYYATÇI QMİ-Nİ SƏRT TƏNQİD ETDİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

“Aşura günündə insanların bədənlərinə xəsarət yetirərək qan çıxarması və azyaşlı uşaqların dini geyimdə ifrat əzadarlıq mərasimlərində iştirakı hallarına rast gəlinir. İslam dinində bunlar yoxdur”.

Bunu bizimyol.info-ya açıqlamasında ilahiyyatçı Elşad Miri bildirib.

E.Mirinin sözlərinə görə, Aşura günü mərasimi dini biznesdi: “Ona görə də bu mərasimin keçirilməsinə niyə şərait yaradılmasın? Aşura mərasimi dini biznesdir. Nə Quranda, nə də Məhəmməd peyğəmbərin dövründə bu anlayışlar yoxdur. Bu mərasimi İslamla əlaqələndirib necə insanlarla təqdim etmək olar?”

E.Miri vurğulayıb ki, dinlə bağlı qurumların olmasına ehtiyac yoxdur: “Nə Qafqaz Müsəlmanları İdarəsinə, nə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ehtiyac yoxdur. Bu qurumların cəmiyyətə xeyri və ziyanı ilə bağlı araşdırma aparmaq lazımdır”.

Related Articles