AZƏRBAYCANDA DÜNYA ÇEMPİONU HƏBS EDİLDİ – QAYINATASINI DÖYDÜYÜNƏ GÖRƏ (ÖZƏL-FOTO)

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidov həbs olunub.
Unikal.org-un əldə etdiyi məlumata görə, idmançının həbsinə səbəb qayınatasını vəhşicəsinə döyməsidir.
Belə ki, E.Məcidov qayınatasının yaşadığı ünvana gedərək aralarında yaranan ailə-münaqişəsi zəmnində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşirilib.
Baş verən hadisə ilə bağlı dünya çempionu həbs olunub. İdmançı 2 gündür Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.
Qeyd edək ki, Ehram Məcidov “Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisidir.

Related Articles

+994 50 295 94 79
top