PUTİN AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər edəcək.

“Ölkə.Az” xəbər verir ki, Kreml Putinin bu yaxınlara planlaşdırılan rəsmi səfərləri barədə məlumat verib.

Rusiya dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuriy Uşakov deyib:

“Rusiya prezidenti Vladimir Putin Azərbaycan, Tacikistan və Özbəkistana səfər edəcək. Səfərlər bu ilin sentyabr və oktyabr aylarında həyata keçiriləcək. Sentyabrın sonunda Putin Bakıya səfər edəcək. 27-28 sentyabr tarixlərində isə Tacikistanın paytaxtı Düşənbədə MDB dövlətlərinin liderləri ilə görüş keçirəcək. Oktyabr ayında isə Putin Özbəkistana səfər edəcək”.

Uşakov eyni zamanda bildirib ki, ilin sonuna qədər Rusiya, İran və Azərbaycan arasında üçtərəfli sammit keçiriləcək.

Qeyd edək ki, Rusiya, İran və Azərbaycan dövlət başçılarının ilk görüşü 2016-cı ildə keçirilib. Sonradan sammitlər Bakıda və Tehranda keçirilib.

Qarşıdakı beynəlxalq tədbirləri də nəzərə alsaq, Putin və İlham Əliyev bu il beş görüş keçirəcəklər.

Related Articles

+994 50 295 94 79
top