DEPUTATDAN LUFİ ZADƏ İLƏ BAĞLI ZİYALILARA ETİRAZ – YENİLİK.AZ

DEPUTATDAN LUFİ ZADƏ İLƏ BAĞLI ZİYALILARA ETİRAZ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Sentyabrın 6-da dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin dünyasını dəyişən günü idi. Dünən bir dəstə qərənfillə onun məzarını ziyarət etdim, ona rəhmət dilədim.

Bunu millət vəkili Aydın Mirzəzadə “Facebook” statusunda yazıb.

Millət vəkili qeyd edib ki, qəbirqüstü abidə çox xoşuna gəlib:

“Həm çox oxşadılmışdı, həm də xarakterini aça bilmişdi”.

Bununla yanaşı, millət vəkili bir məqama da kəskin etirazını ifadə edib.

“Ancaq bir məsələ məni kədərləndirdi. Lütfi Zadənin qəbri üstündə mənə qədər cəmi bir dəstə gül var idi.

Hanı alimlərin, ziyalılarımızın, sadəcə, lütfisevərlərin ona olan ehtiramının nümunəsi?”, – deyə o yazıb.

Related Articles