İŞSİZLİK YARDIMI ALAN QAÇQINLARIN LÜKS AVTOMOBİLLƏRİ MÜSADİRƏ EDİLDİi – ALMANİYADA – YENİLİK.AZ

İŞSİZLİK YARDIMI ALAN QAÇQINLARIN LÜKS AVTOMOBİLLƏRİ MÜSADİRƏ EDİLDİi – ALMANİYADA

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Almaniyada işsizlik yardımı alan qaçqınların lüks avtomobilləri polis tərəfindən müsadirə edilib. AzEuroNews.com xəbər verir ki, hadisə Almaniyanın Duisburq şəhərində qeydə alınıb. Belə ki, şəhərin Homberq qəsəbəsindəki İş Mərkəzi (Job Center) ətrafında keçirilən əməliyyat zamanı işsizlik yardımı alanların lüks avtomobilləri idarə etdiyi müəyyən olunub.

Polis tərəfindən müsadirə edilən avtomobil sahiblərinə dövləti aldatma, vergidən yayınma, saxta sənəd əldə etmək kimi maddələrlə cinayət işi açılıb. Polisin əməliyyatı zamanı 3 nəfər də saxlanılıb.

Məlumat üçün üçün qeyd edək ki, Duisburq polisi keçən həftə buna bənzər bir əməliyyat keçirib. Belə ki, türk, kürd və ərəb kökənli 70 ailənin işsizlik yardımı almaq üçün saxta sənədlər hazırladığı ortaya çıxıb.

Related Articles