TİFLİSDƏ ÖLƏN AZƏRBAYCANLI İDMANÇININ CƏNAZƏSİ AZƏRBAYCANA GƏTİRİLDİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

İki uşaq atası olan gənc bu gün dəfn ediləcək

Gürcüstanda avtomobil vurması nəticəsində dünyasını dəyişən 24 yaşlı Yusif Arif oğlu Kərimov doğulduğu Şabran şəhərində dəfn ediləcək. İstiPress-in Şimal bürosunun məlumatına görə, qəza ötən gün baş verib. Səkidə dayanan idmançını maşın vurub.

Şabran rayon icra Hakimiyyəti başçısının müavini Fikrət Nuşiyevin İstiPress-ə verdiyi məlumata görə, mərhum sambo üzrə yığma komandanın üzvü idi və Tiflisdə keçirilən beynəlxalq yarışa qatılmışdı. O, rayonun perspektivli idmançılarından biri hesab edilirdi.

Mərhum 2 bacının yeganə qardaşı olub və özünün də 2 övladı var. Yusif Kərimovun cənazəsi artıq Azərbaycana gətirilib. Mərhumun bu gün axşam saatlarında dəfn ediləcəyi bildirilir.

Related Articles

+994 50 295 94 79
top