BABA RZAYEV HƏ\R GÜN “AZƏR İŞIQ”DAKI OTAĞINA GƏLİR – Eksklüziv detallar

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

“Azərenerji” ASC prezidenti təyin olunan Baba Rzayev “Azərişıq” ASC-dəki otağını tərk etməyib.

AzEuroNews.com xəbər verir ki, B.Rzayev hələ də öz kabinetindədir və “Azərenerji”yə getməyib. Qaynağımızın dediyinə görə, o, hərgün “Azərişıq”a gəlir.

Bunu məlumatlı mənbə “Azərişıq” ASC ilə “Azərenerji” ASC-nin bir strukturda birləşəcəyi gözləntisi ilə əlaqələndirib. Onun şərhinə görə, B.Rzayev kollektivə yerində olmağı tapşırıb.

“Azərenerji” ASC heyətinin yenidən qurulması və “Azərişıq”da bəzi kadrların ora transfer olunması işlərinə başı qarışmış B.Rzayevin boşqalan köhnə postunda səlahiyyətlərini müavini yerinə yetirir.

B.Rzayevin yaxın ətrafına hər iki qurumun birləşdiriləcəyi ilə bağlı bəzi ehtimallar söylədiyi və gözləməyi məsləhət bildiyi xəbər verilir.

Yəni, bu struktur dəyişikliyi nəticəsində bir vahid mərkəz yaradıla və “Azərişıq” satış funksiyasını həyata keçirən bir təşkilat kimi enerji istehsal edən “Azərenerji”nin içində “əridilə” bilər.

Əslində, Etibar Pirverdiyev hələ 3 iləvvəl, 2015-ci il fevral ayının 10-da ölkə başçısı İlham Əliyevin sərəncamı əsasında “Azərişıq” ASC yaradılanda səlahiyyətlərini faktiki olaraq itirmişdi.

Onun “Azərenerji” ASC-dəki prezidentliyi formal xarakter daşıyırdı. Hətta o zaman mediada məlumat yayılmışdı ki, Etibar Pirverdiyev ona tapşırılan biznes strukturlarına nəzarət etmək səlahiyyətini də itirib.

Pirverdiyevin yerinə “Azərişıq” ASC sədri Baba Rzayevin təyin olunması isə siyasi mövqelərin möhkəmləndirilməsi istiqamətində son dövrlər güclənmiş qanadın bir mesajıdır.

 

Related Articles

+994 50 295 94 79
top