CAVİD QURBANOVUN MƏTBUAT KATİBİNDƏN GÖZLƏNİLMƏZ PAYLAŞIM-SEVİNC QƏDİROVANIN “DONUZ ƏTİ KEYFİ” – FOTOFAKT

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Son zamanlar dövlət qurumlarının mətbuat xidməti rəhbərlərinin bəziləri vəzifələrini icra edib, sayt, qəzetlərlə işləməkdənsə özlərinin Azərbaycanda və ölkə xaricində bahalı, lazımsız şəkillərini sosial şəbəkələrdə paylaşmaqdadılar.
Bunlardan biri də Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qadirovadır.
Sevinc Qadirova daima öz “Facebook və instagram” səhifəsində bahalı həyatı ilə gündəmə gəlməyi xoşlayır. Əvvəllər Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuata açıq müsahibələri olsa da son vaxtlar Cavid müəllimin jurnalistlərdən uzaq durmasının şahidi oluruq
Verilən məlumata görə, Sevinc Qədirova “Azərbaycan Dəmir Yolları” QSC-nin uğurlarından yazıb bəzi saytlara göndərərək təkidlə xahiş edir ki, dərc etsinlər və bununla işinin bitdiyini zənn edir. Düzdür, Sevinc Qadirova Mətbuat günlərində “bəzi jurnalistləri” öz ətrafına yığıb şəkil çəkdirib paylaşsa da bunları süni şəkildə etdiyi də üzə çıxır.
Jurnalistlər gün ərzində məlumat əldə etmək, informasiyanı dəqiqləşdirmək üçün müxtəlif ünvanlara müraciət edirlər. Bu ünvanlar arasında müxtəlif dövlət qurumlarının Mətbuat xidmətlərinin xüsusi rolu var. Lakin, mətbuat xidmətlərinin hamısından iformasiyanı almaq o qədər də asan olmur. Bəzi hallarda isə bir sıra mətbuat katibləri və ya xidmətin əməkdaşları medianı aidiyyatı vəzifəli şəxslə əlaqələndirmək əvəzinə öz şəxsi həyatlarını reklam etməklə məşğul olur..
Bu yaxınlarda xanım mətbuat katibinin bütöv bişirilmiş donuzun yanında şəkil çəkdirərək sosial şəbəkədə paylaşması diqqət çəkib.Əvvəla donuz əti dinimizdə haram buyrulub, üstəlik də bu cür paylaşımı diqqət mərkəzində olan, böyük bir cəmiyyətin mətbuat xidmətinin rəhbəri olan xanımın paylaşmasını ona heç yaraşdırmadıq.
Nədənsə Sevinc Qədirova və bir sıra insanlar öz bahalı həyatlarını insanlara çatdırmağa çalışaraq, özlərini çalışdıqları qurumun rəhbəri kimi qələmə verirlər.Bu da bəzi insanların qıcığına səbəb olur.
Cavid Qurbanovun hər zaman mətbuata açıq olması hamıya aydındır. Lakin Sevinc Qədirova Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri təyin olunduqdan sonra Cavid Qurbanovun qəbuluna düşmək, hər hansı bir məsələ ilə bağlı açıqlama almaq müşgül məsələ olub.
Servinc xanımla əlaqə saxlamaq istəsək də cəhdlərimiz boşa çıxdı.
Bizə elə gəlir ki, Hörmətli Cavid Qurbanov Sevinc Qədirovanın bu şəklini görəndən sonra onu mətbuat xidməti rəhbəri vəzifəsindən kənarlaşdıracaq və normal bir mətbuat xidməti gətirəcək ki, Dəmiryol qapalı səhmdar cəmiyyəti də daima yenilikləri ilə diqqət mərkəzində olacaq. Daha mətbuat xidməti rəhbərinin bahalı və qıcıq yaradacaq həyatı ilə deyil.

PS: Sevinc Qədirova paylaşıma “Yazıq” şərhi yazsa da üzündəki təbəssümdən yazığı gəldiyi görünmür. Üstəlik dostlarının “Əsdafrullah” şərhinə də gülüşlə cavab verib.

XəbərAl.az

Related Articles

+994 50 295 94 79
top