İCRA BAŞÇILARI İLƏ BAĞLI CİDDİ DƏYİŞİKLİKIƏR GÖZLƏNİLİR – İDDİA – YENİLİK.AZ

İCRA BAŞÇILARI İLƏ BAĞLI CİDDİ DƏYİŞİKLİKIƏR GÖZLƏNİLİR – İDDİA

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

İcra hakimiyyətləri ilə bağlı dəyişikliklər gölənilir. Bu haqda danışan mənbə ümumilikdə İcra hakimiyyətlərinin ləğvindən söhbət getməsə də, müəyyən ciddi dəyişikliklərin olacağının gözlənilən olduğunu açıqlayıb:

Mənbənin söylədikləri: “İcra Hakimiyyətləri ləğv olunmasa da, Azərbaycan bölgələrinin büdcənin boğazında yükə çevrilməsi dayandırılmalıdır. Çıxış yolu, adının nə qoyulmasından asılı olmayaraq, bölgənin öz-özünü təmin edə bilməsindədir. Sən pis İcra Hakimiyyəti başçısı olasan, eyni zamanda regional büdcən də dolub-daşa, bu, qeyri-mümkündür. Əgər sən, menecmenti yaxşı bilməsən, müasir informasiya texnologiyalarından istifadəni bacarmasan, investisiya cəlbi üçün aktiv tədbirlər həyata keçirməsən, iş adamlarına şərait yaratmasan, hətta adın çox cazibədar terminlə ifadə olunsa belə, qəbul olunmayacaqsan. Reallıq bundan ibarətdir ki, Azərbaycanda İcra hakimiyyətlərilə bağlı problem müxtəlif dövrlərdə ölkə rəhbərliyi səviyyəsində deyilib. Buna görədir ki, Prezident kadr islahatları sahəsində məhz bu sferada ən böyük addımları atıb. Yeni dövr tələbləri baxımından bu sahədə islahatlar davam etdiriləcək”.

Mənbə bildirir ki, yaxın günlərdə dəyişikliyin start düyməsi basılır: “Az qalıb…. Total dəyişikliklər yaxındadır”

DİA.AZ

Related Articles