FƏDAYƏ LAÇIN HƏBSXANA HƏYATINDAN DANIŞDI – YENİLİK.AZ

FƏDAYƏ LAÇIN HƏBSXANA HƏYATINDAN DANIŞDI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən Fədayə Laçın Bakı İstintaq Təcridxanasındakı həyat tərzindən danışıb. 

Yenilik.az Oxu.Az-a istinadən xəbər verir ki, o, bu gün keçirilən məhkəmə iclasına gətirilib.

Proses başlamazdan əvvəl müğənni həbsdəki vəziyyətinə toxunub.

O, azadlıqdakı durumu ilə müqayisədə həbsdə olarkən artıq çəki aldığını deyib:

“Orada bütün günü yemək yeyirəm, oturaq həyat tərzi sürürəm. Ona görə kökəlmişəm. Mənə evdən də yemək göndərirlər”.

O, saxlanma şəraitindən narazılıq etməyib.

Related Articles