SAHİL BABAYEV KEÇMİŞ NAZİRİ HƏDFƏ GƏTİRİR – 50 MİLYON MANATA YAXIN YEYİNTİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin maliyyə xərclənmələrinin daxili təftişi ilə bağlı göstəriş verən hazırki nazir Sahil Babayev ilginc faktlar əldə edib. Bu barədə nazirlikdəki qaynaqlardan informasiya daxil olub.

Xəbəri verən mənbə açıqlamasında iddia edir ki, söhbət milyonlarla dövlət vəsaitinin keçmiş nazir Səlim Müslümovun dövründə mənimsənilməsindən gedir.

Mənbənin söylədikləri:

“Təbii ki, araşdırmalar ciddi faktları üzə çıxardığından Sahil Babayev bu barədə müvafiq dövlət qurumlarını məlumatlandırmaq zorunda qalıb. Bu isə o deməkdir ki, Sahil Babayev Səlim Müslümovla bağlı faktları hüquqi araşdırmaya təqdim edib”.

Mənbə onu da əlavə edib ki, yaxın vaxtlarda bu barədə rəsmi məlumatlar ictimailəşəcək: “Təxminən 47 milyon manata yaxın pul ortada yoxa çıxıb. Bu, aydınlaşdırılmalıdır”.

Daha geniş materialımız olacaq. Bizi izləyin. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq.

DİA.AZ

xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top