“NAZİR TANIYIRAM Kİ, İKİ OĞLUNU DA ƏSGƏRİ XİDMƏTƏ YARARSIZ KAĞIZI ÇIXATDIRIB XARİCƏ GÖNDƏRDİ” – YENİLİK.AZ

“NAZİR TANIYIRAM Kİ, İKİ OĞLUNU DA ƏSGƏRİ XİDMƏTƏ YARARSIZ KAĞIZI ÇIXATDIRIB XARİCƏ GÖNDƏRDİ”

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

“Müdafiə Nazirliyində çalışdığım 7 ildə cəbhə bölgəsində vəzifəli şəxsin övladını görmədim”

Dağlıq Qarabağ ətrafında cərəyan edən proseslərin Azərbaycanın xeyrinə işləyib-işləmədiyi barədə birmənalı fikir yürütməyin ölkəmdə hansı tərzdə qarşılanacağını yaxşı bildiyimə görə acıq danışmağa bir qədər ehtiyyat edirəm. Çünki zindanda günahsız girov var. İstəmirəm girovu çarmaxa çəkdirib dubinka ilə təkrar döydürəm. İstəmirəm girovu bir də yerə yıxdırıb başını bir qansızın təpikləri altında əzişdirtdirəm. İstəmirəm  soyuq su dolu  yekə vedrəni girovun başından ayağınadək əmdərtdirəm… İstəmirəm bunları! Amma deyəcəklərimi  tam kəsib doğramaq fikrində də deyiləm.
Belə ki, işğala məruz qalan torpaqlarımızın taleyi böyük sual altındadır. Ümüdlər get-gedə azalır. Dünyanın, xüsusi ilə Rusiyanın bu günə qədərki qaranlıq mövqeyi Qarabağ düyününün açılmasına imkan vermir. Hər şey apaydın görünür. Problemin bu səviyyəyə çatmasının  arxasında məhz bu güclərin ikibaşlı oyunları durur. İndiyə qədər isə özümüzü aldatmaqla məşğul olmuşuq. Guya ki, qərb münaqişənin həllini istəyib, lakin Rusiya bu istəyin önünə sədd çəkib. Bu cür fikirləşmişik. 2010-cu ildə Rusiyanın Ermənistana 1milyard dollar həcmində qarşılıqsız hərbi yardımından və işğalçı dövlətin müasir silah-sursatla təminatından dünyanın xəbəri olsa da səsini içinə salıb bir kəlmə belə danışmadı. Müasir zenit-raket komplekslərindən tutmuş  digər döyüş texnikaları da daxil geniş siyahı Müdafiə Nazirliyinin masası üzərində idi. APA informasiya agentliyi sənədi  içtimailəşdirməyin məsuliyyətini öz öhdəsinə götürərək rus, ingilis, Azərbaycan dillərində çapına nail olsaq da reaksiya verən bir ölkə, bir beynəlxalq təşkilat tapılmadı. Minsk Qrupu isə heç əhəmiyyət vermədi. Halbuki təmas xəttində bir erməni əsgəri gəbərəndə səs-küyləri ərşə qalxırdı.  İşğalçını bu gün də müdafiə edirlər. Ancaq içi özüm də daxil informasiya blokadasını daş-qalaq etdiyimizi aləmə car çəkirdik. Qərb ancaq eşitməyi xoşlayır.
Təpələrindən ayaq dırnaqlarına qədər riyakardılar. Qaldı Rusiyaya, nə qədər sag-soluna keçsək də, Azərbaycanı hədəfdən yayındırmır. Kənar müdaxilə və təzyiqlər olmazsa Azərbaycan ordusu uzağı iki-üç aya Ermənistanı rahatlamaq imkanına malikdir. Aprel döyüşləri bu tarixi dərsi düşmənə göstərdi. Zərbədən sarsılan  erməni hərbi birləşmələri və yuxarı komandanlıq məğlubiyyətin miqyasının genişlənməməsi üçün müttəfiqlərini köməyə çağırdı.  Rusiyanın müdaxiləsi ilə üç gündən sonra döyüş  dayandırıldı və Cocuq Mərcanlı ilə kifayətlənərək əsgərə “dayan” əmrini verdik. Rusiyanın MN-i Şoyqunun çağırışı ilə Silahlı Qüvvələrimizin Baş Qərargah rəisi Nəcməddin Sadıqov Moskvaya uçdu. Lakin səfər barədə sonradan xalqa deyilməsi mümkün sayılan xırdaca məlumat da veriımədi. Rusiya ilə münasibətlərin təhlükəli həddə çatdırılmasının arzusunda deyilik. Ölkəmiz üçün ağır nəticələr verə biləcəyinin fərqindəyik. Vəzifə kreslosunda oturar-oturmaz savadları qıcqırmağa başlayan adamlardan xarici və daxili siyasət anlayışının mahiyyətini pis bilmirəm. Bu iddiamı özündənrazılıq kimi qəbul etməmənizi xahiş edirəm. Özündən razılara bir ismarıcımdır… Onlar dövlət başçısının özü üçün də problemdilər.Yarınmaqla, yaltaqlıqla maraqların təminatı onlar üçün öndə durur. Ermənistanda yeni hökumət iqtidara gələrkən bizim bu məmləkətdə adlarını çəkmədiyim icra başçısı və bəzi deputatlardan  elə sözlər eşitdim ki,  sadəcə onların yerinə utandım.
Dostayevski ilə Turgenov bir-birlərini heç xoşlamayıblar. Bizdə Anarla Əkrəm Əylisli necədirsə, onlar da o cür olublar. Məclislərdə atmacalarla həmişə bir-birini sancarmışlar. Turgenov imkanlı olduğuna görə yan-yörəsi adamlarla dolu olarmış. Bu da Dostayevskyə möhkəm yer edərdi. Növbəti tədbirlərdən birində yenə eyni səhnənin şahidi olur və özünü saxlaya bilməyib Turgenova bir “zapiska” yazıb göndərir: “Səmimiyyətdən çətin, yaltaqlıqdan asan bir şey yoxdur”. Bizimkilər yaltaqlığı da urvatdan salıblar. Baxın icra başçısı nə deyir: “Prezidentimiz Sarksyanla Koçaryanı diz üstə çökdürdü və Ermənistanda yeni qüvvələr hakimiyyətə gəldi. Nıkol Paşinyanla işlərimizi sahmana sala biləcəyik.”
Təxminən bu cür. Ya bu adam nəyi danışdığını bilmir, ya da içtimai rəyi zibil qabı hesab edir. Basqa birisi isə deyir ki, N. Paşinyan Əliyevlə Putinin Soçi görüşündən bərk vahiməyə düşüb. Kərəminə şükür, ay Allah! Yaxşı ki, havalanıb deməyib. “Xəyanətkarlardan” qurtarmanız əla, bəs bunları haradan tapdınız? Axı belə sədaqət, rəhbərə bu cür sevgi olmur. Papağınızı qarşınıza qoyub yaxşı-yaxşı fikirləşin. Bu sözlərinizlə prezidentə hörmət yox, ziyan vurduğunuzun heç fərqindəsinizmi?!  Doğrudanmı İlham Əliyevin bayağı təriflərə ehtiyacı var?
Düşməni söyməklə iş düzəlirsə, gəlin birlikdə onun yeddi arxa dönəni qəbirdən çıxarıb qiyabi də olsa murdarlayaq. Bununla arzuladığımız nəticəni əldə etmək mümkün olacaqmı?!
Məqamı gəlmişkən, tarixdən  ibrətamiz bir misal gətirmək isfərdim. Çanaqqala savaşında Atatürk qəhrəman mehmetciyin düşmənin bayrağını ayaqları altına atıb palçığın içində əzişdirdiyini görürkən yanına çağırıb deyir ki, övladım, o cansız və günahsız bayragın günahı nə? Onu təslim edəni yox etmən daha önəmli.
Müharibə olarsa, hər 10 nəfərimizə 3 daşnaq düşür. Döyüşdə insan resursu çox mühüm faktordur. Beynəlxalq birliyin, nüfuzlu dövlətlərin, xüsusən də Rusiyanın müdaxiləsi olmazsa iki-üç ayın içində Azərbaycan işğalçını öz gücünə rahatlamaq imkanına malikdir. Başqa bir reallıq da vardır ki, munaqişənin həllində kənardan burun soxulmadığı halda ermənilərdən  masa arxasına keçib danışıqlara başlamaq barədə təklifin gəlməsi mümkündür.
Yetər ki, vətən savaşında xalqımızın birliyini təmin etməklə son qələbəyə doğru inamla irəliləyək. Bunun üçün xalqın bütün təbəqələrinin səfərbər olması vacib şərtlərdəndir. Ancaq özümüzdən asılı olan bəzi ciddi çatışmazlıqlarımızı da etiraf etməliyik. Ordu təkcə kasıb balaları üçün olmamalıdır. Müdafiə Nazirliyində çalışdığım 7 ildə cəbhə bölgəsində vəzifəli şəxsin övladını görmədim. Nazir, icra başçısı, prokuror, polis rəisi barədə danışmağa ümumiyyətlə ehtiyac duymuram. Haliyədə nazir tanıyıram ki, iki oğluna da əsgəri xidmətə  yararsız  kağızı çıxartdırıb xaricə göndərdi. Məktəb direktorunun ovladına rast gəlmədim. Xəlil Rza və Sabir Əhmədov istisna olmaqla hansısa xalq yazıçısının və şairinin, xalq artistiinin,  tanınmış müğəninin, iş adamının övladının səngərdə dayandığını xatırlamıram. İnsanı ağrıdan budur. Həlak olanlar da əsasən kasıb-kusubun, vəzifəsiz adamların balaları idi. Ancaq vətən təkcə bunlar üçün deyil… Dövlət bu ədalətsizliyi aradan qaldırmaqla xalq içərisində öz nüfuzunu qaldırmış olar.
Qarabağı itirməyə haqqımız yoxdur. Unutmayaq ki, torpağın da ahı-naləsi var, bir gün qarğışı tutar bizi! Bəzən sosial şəbəkələrdə  çal-çağır edən erməni fahişələrini görəndə az qalır ürəyim partlasın. Həyət-bacalarda əkib becərməklə məşğuldurlar. Hətta bazara məhsul da çıxarırlar. İşğalçı ölkənin hökumət başçısının Moskvaya səfərı zamanı Suriya ermənilərinin müdafiəsi üçün oraya əsgəri hissə göndərmək barədə sərsəm bəyanatının arxasında başqa hiylənin olduğu qənaətindəyəm. Mümkündür ki, Qarabağa suriyalı ermənilərin ķöçürülməsi ilə bağlı plan üzərində iş aparılır. Əsgəri hissə məsələsi sadəcə bəhanə variant kimi ortaya atılsın.
Ümumiyyətlə isə Paşinyanın Kreml görüşündən sonra ard-arda çox şübhəli  açıqlamaları olduqca düşündürücüdür. Ekspert rəylərinə görə baş nazirin Moskvada sıxıb suyunu çıxarmalı idilər. Lakin cox ötkəm danışır, DQ-ın Ermənis- tanın tərkib hissəsi olduğunu, sonra bu açıqlamasını korrektdə edərək  bəyan etdi ki, DQ-ın iş fəaliyyətinə qarışmaq səlahiyyətim yoxdur. Bu yolla qondarma qurumu danışıqlar prosesinə cəlb etməyə çalışırlar. Soruşmaq gərək ay həbənd, belədirsə onda dədə-bala nə itiniz azıb oralarda?
Fikir verirsinizsə, sanki mövcud vəziyyətin MQ-na və ya Qərbə heç aidiyyatı yoxdur. Əsl ikiüzlülük nümayiş etdirirlər.  Onlar həmişə bu cür olublar.
Bir dəfə ATƏT-in xüsusi nümayəndəsi Müdafiə naziri general- polkovnik Səfər Əbiyevlə  görüşə gəlmişdi.
Salam-əleykimdən dərhal sonra sual elədi ki, İrəvan-Xankəndi təyyarə reysinin açılması barədə fikriniz nədən ibarətdir. Müdafiə naziri S.Əbiyev bildirdi ki, mən dövlətimin qanunları və Silahlı Qüvvələrin
Ali Baş Komandanının əmrinə tabe olan əsgərəm və ölkəmin hava məkanının qorunması mənim vəzifə borcumdu.
Xarici qonaq ikinci sualnı verdi:
“Təyyarələrdə yalnız sərnişin olacaq.”
Müdafiə naziri cavabında qeyd etdi ki, icazə verə bilmərəm. Qonaq əl çəkmirdi.
Bu dəfə nazirin “təyyarə qalxsa vuracam” sözləri qonağa güllə kimi təsir elədi. Bunu eşitcək ATƏT-in xüsusi nümayəndəsi papkasını qoltuğuna vurub görüş otağını tərk etdi. Nazir də gülə – gülə öz kabinetində qaldı. Bu da bizim Qərb…
 
Eldar Sabiroğlu / Modertor.az

Related Articles