NİGAR İSMAYILQIZINA GÖRƏ MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT OLUNDU

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən tanınmış jurnalist Nigar İsmayılqızının vəziyyəti daha da ağırlaşıb. 
Məlumat üçün bildirək ki, Nigar İsmayılqızı sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilib. Onun bu vəziyyətində ölkənin bir çox ziyalıları dövlət rəhbərliyinə, iş adamlarına və ictimaiyyətə müraciət ediblər. Nəticədə bir çox dövlət xadimini və ölkə ziyalısını əhatə edən kompaniya başlayıb.
Eyni zamanda Azərbaycan Respublikasının Birinci  vitse-prezidenti, Heydər Əliyev Fondunun  prezidenti Mehriban Əliyevaya da müraciət ünvanlanıb.
Bu haqda AZXEBER.COM-a Nigarın bacısı Aytən İsmayılova məlumat verib.
Müraciəti olduğu kimi təqdim edirik: “Çox hörmətli Mehriban xanım!  Sizin mərhəmətiniz sonsuzdur. Hər zaman ağır vəziyyətdə olan insanların son ümud yeri kimi onlara yardım etmisiniz.  Azərbaycanın neçə-neçə tanınmış vətəndaşları və adları bizə məlum olmayan insanlar var ki, sizin mərhəmətiniz sayəsində yenidən həyata qayıdıblar.
Bu gün hamımızın sevimlisi Nigar İsmayılqızı həyatla ölüm arasında yaşam mücadiləsi aparır.  Azərbaycanda və Türkiyədə məşhur olan, öz istedadı və qələmi ilə yüzminlərin sevimlisinə çevrilən yazıçı-jurnalist Nigar İsmayılqızı hazırda ağır vəziyyətdə Leykoz (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir.

Related Articles

+994 50 295 94 79
top