KAMİL VƏ GÜLAY CÜTLÜYÜ UZUN MÜDDƏTDƏN SONRA İLK DƏFƏ BİRLİKDƏ FOTO PAYLAŞDI

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Tanınmış ifaçı Gülay və həyat yoldaşı idmançı Kamil Zeynallı bu il qızı Sahiləni məktəbə yola salıblar.

BiG.AZ xəbər verir ki, cütlük birlikdə görüntülərini sosial şəbəkədə paylaşıb.

Müğənni Gülay Zeynallı və idmançı Kamil Zeynallı da bu il övladını birinci sinfə yola salıb.

Gülay qızı Sahilənin şəklinə “İlk dərs günün mübarək, ürəyim. Qızımın simasında bütün uşaqlara uğurlar” sözlərini yazıb. O, şəkildə şərh bölməsini bağlayıb.

Kamil isə şəklə “Qızımızın birinci sinfi başladı. Allah hər kəsin balasını xoşbəxt etsin” sözlərini yazaraq, izləyicilərdən ailə fotosunu yayımladığı üçün üzr istəyib.

Qeyd edək ki, uzun müddətdir birlikdə foto paylaşmırdılar.

Related Articles

+994 50 295 94 79
top