ELDAR MAHMUDOVUN YAXIN DOSTUNUN BANKI VƏZİYYƏTDƏN ÇIXMAĞA ÇALIŞIR – “YOL XƏRİTƏSİ” HAZIRLANIB

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“AGBank” ASC-nin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə bankın menecmenti tərəfindən “Yol xəritəsi” işlənib hazırlanıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq “AGBank”dan bildirilib.

Məlumatda deyilir ki, həmin sənəddə bankın xərclərinin optimallaşdırılması, gəlirliyinin artırılması və digər maliyyə göstəricilərinin yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər öz əksini tapıb.

“Kredit portfeli üzrə gəlirliyinin artırılması, faiz öhdəliklərinin azaldılması və problemli kreditlərin ödənişi istiqamətində görülən tədbirlər bankın məcmu kapitalının müəyyən edilmiş limitlər çərçivəsində saxlanılmasına imkan yaradır. Müqayisə üçün qeyd edək ki, bu ilin II rübündə “AGBank”ın məcmu kapitalı I rübə nisbətən 2,6% artıb. Bankın menecmentinin gələcək planı “AGBank”ı güclü, dayanıqlı və rəqabətqabiliyyətli müasir bank səviyyəsinə çatdırmaqdır”, – açıqlamada qeyd olunub.

Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top