XIZIDA ALTIAĞAC MİLİ PARKI SATILIB, AMMA NAZİR SUSUR – YENİLİK.AZ

XIZIDA ALTIAĞAC MİLİ PARKI SATILIB, AMMA NAZİR SUSUR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Xızı rayonunda baş verən korrupsiya hallari barədə məlumatlar səngimək bilmir.

Xatırladaq ki, Xızı bələdiyyə sədri Xaliq Qasımov və keçmiş bələdiyyə sədri, hal-hazırda Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mövsüm Bağırov Altıağac Mili Parkını, Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan torpaqları qeyri-qanunu yolla bir neçə imkanlı şəxslərə satıb. Etibarlı mənbəmizin məlumatına görə, torğaqların bir qismi Zülfüqarlı qardaşlarına “qurban” verilib.
Bu barədə kifayət qədər faktlara əsaslanan məlumatlar yayımlanıb. Maraqlısı budur ki, aidiyyətli qurum və prokurorluq məsələyə münasibət bildirmək və araşdırmaq üçün heç bir addım atmır. Əslində, Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə ünvanladığımız şanlı məktub araşdırılacağını düşündük. Digər tərəfdən nazirlik komissiya yaradılmalı və yerindəcə baxış keçirilməli idi. Amma biz bunun əksini gördük. Görünür, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Bahadur oğlu Babayev məsələnin araşdırılmasına maraqlı deyil. Doğrudanmı yeni təyin olunan nazir böyük bir hadisənin obiyektiv şəkildə araşdırılmasına göz yumur?
İki versiyanın olduğuda ehtimal oluna bilər. Birinci versiya ondan ibarətdir ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev işini icra edə bilmir və baş verən hadisənin araşdırılması üçün göstəriş verməkdən ehtiyatlanır. İkinci versiya isə ondan ibarətdir ki, nazirə məlumatlar dolğunluğu ilə “diktovat” edilmir. Axı, Altıağac Mili Parkını kim necə və yaxud hansı cəsarətlə sata bilər? Axı, buna hünər və cürət lazımdır. Dəqiq məlumatlara görə, keçmiş bələdiyyə sədri, hal-hazırda Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mövsüm Bağırov yuxarıda qeyd edilən əraziləri ata malı kimi satıb. Son məlumatlara inansaq Xızı rayon prokurorluğunda bələdiyyə sədri Xaliq Qasımov barəsində cinayət işi başlanılıb.
Lakin M. Bağırovun bu cinayətdə iştirakı inandırıcı görünmür. Çünki, Altıağac Mili Parkını məhz onun bələdiyyə sədri olduğu dövürdə satılmışdır. Ən azından məsələ araşdırılmalı və M. Bağırov məsüliyyətə cəlb edilməlidir. Adı hallanan bu iki şəxsin mülkləri, obiyektləri və digər bizneslərinin hardan əldə edildiyi isə olduqca müəmmalıdır. Məsələ dosye.org informasiya agentliyinin əməkdaşları tərəfindən diqqətdədir və hər iki şəxsin əməlləri barədə şok doğuracaq məlumatlar yayımlanacaq. Bizi izləməyi unutmayın.

P.S. Keçmiş bələdiyyə sədri, hal-hazırda Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mövsüm Bağırovukimlər müdafiə edir? Onun kimlərə minnətçi düşdüyü haqda məlumatlar tam dəqiqləşdikdən sonra ixtiyarınıza veriləcək.

Dosye.org

Xalqxeber.az

Related Articles