ELDAR ƏZİZOV YÜKSƏK VƏZİFƏLİ MƏMURU İŞDƏN ÇIXARTDI

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakı şəhər İcra Hakimiyyətinin aparat rəhbəri Rasim Quliyevişdən çıxarılıb. Bununla bağlı icra başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov sərəncam imzalayıb. 

Sfera.az xəbər verir ki, bu barədə avropa.info-ya meriyadakı mənbələrdən məlumat daxil olub.

R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Xalq hərəkatının fəal iştirakçısı, mərhum prezident Heydər Əliyevin qatı tərəfdarlarından olub. Məhz H.Əliyevin göstərişi ilə R.Quliyev gənc yaşlarında yüksək vəzifəyə təyinat alıb – 31 yaşlı Quliyev Bakı şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri təyin edilib. Buna qədər isə R.Quliyev “Səs” qəzetnin baş redaktor müavini və 30 saylı DSK-nın (Səbail) sədri olub.

18 il şəhər təsərrüfatının rəhbərliyində işləyən R.Quliyev meriyanın aparat rəhbərinə qədər yüksəlib.

Related Articles

+994 50 295 94 79
top