TÜRKİYƏDƏ QƏTLƏ YETİRİLƏN AZƏRBAYCANLILAR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Sentyabrın 19-u gecə saatlarında Türkiyədə Azərbaycanın tanınmış dövlət və ictimai-siyasi xadimi, keçmiş baş prokuror və ilk ədliyyə naziri, sabiq millət vəkili İlyas İsmayılovun oğlu Etrimad İsmayılov qətlə yetirilib.

Sabiq deputatın oğlu Etimad İsmayılov həmyerlimiz, sabiq polis rəisi, iş adamı Gözəl Dəmirov tərəfindən güllələnib. Etimad İsmayılovun qətlə yetirilməsi sosial şəbəkələrdə və mediada ciddi müzakirə mövzusuna çevrilib. İlkin məlumatlara görə, maliyyə məsələsilə bağlı tərəflər arasında mübahisə baş verib və qarşıdurma qətllə nəticələnib. Hadisəni törədən Gözəl Dəmirov artıq saxlanılıb.

Bizimyol.info-un Modern.az-a istinadən məlumatına görə, daha əvvəllər də Türkiyədə öldürülən azərbaycanlılar olub.

Bu ilin iyun ayında isə Türkiyənin Antalya şəhərində azərbaycanlı iş adamı yataq otağındakı şkafda ölü vəziyyətdə tapılıb. Antalyanın Finike bölgəsində portağal ticarəti ilə məşğul olan 64 yaşlı azərbaycanlı Məcid Nuxiyevi evinin yataq otağında yerləşən şkafda, elektrik naqili ilə boynundan asılı vəziyyətdə aşkar ediblər.
Bölgəyə bağlı yeni məhəllədə bu ilin fevral ayından təkbaşına yaşayan azərbaycanlı Məcid Nuxiyevdən xəbər ala bilməyən ev sahibi evə gedib və qapının açılmaması, evdən gələn ağır qoxudan narahat olaraq polisə xəbər verib. Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində mərhumun meyiti aşkar edilib.

Türkiyədəki evində ölü vəziyyətdə tapılan daha bir azərbayucanlı isə Türkay İsayeva adlı qadın olub. Dənizli vilayətinin Pamukkale rayonunda yaşayan T. İsayevanın döyülərək öldürüldüyü ehtimal edilir. İki uşaq anası olan qadının qətlinin səbəbləri barədə məlumat verilməyib.

2018-ci ilin mart ayında azərbaycanlı transseksualın Türkiyədə amansızcasına qətlə yetirilməsi barədə xəbərlər yayılmışdı. “Kristina” ləqəbli transseksual Ramil Əliyevin meyiti İstanbulun məşhur Bəyoğlu səmtindəki otellərdən birində tapılmışdı.
Məlumata görə, hadisə azərbaycanlını qətlə yetirən iranlı Aşkan Kazemi Bursada yaxalanaraq İstanbula gətirilib. O, ilkin ifadəsində bildirib ki, intim əlaqə üçün razılaşdığı şəxsin qadın olmadığını görüb və ondan oteldən getməsini istəyib. “Kristina” isə pul almaq üçün israr edincə, mübahisə düşüb və onu qətlə yetirib.

Qardaş ölkədə qətlə yetirilən azərbaycanlılar arasında ən məşhurlardan biri isə ötən il İstanbulun Beşiktaş rayonunda silahlı hücuma məruz qalan azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevdir. “Rövşən Lənkəranski” kimi tanınan həmyerlimiz hücum nəticəsində ağır yaralanıb və xəstəxanaya çatdırılıb. Rövşən Lənkəranskinin həyatına tibbi müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Mediada yayılan məlumatlardan aydın olur ki, Türkiyədə qətlə yetirilən azərbaycanlılar arasında qadınlar üstünlük təşkil edir. Trabzon şəhərində yaşayan 33 yaşlı azərbaycanlı qadın Gülxanım Əkbər də 2016-cı ilin avqust ayında qətlə yetilib. Mərhumun qardaşı Əli Əkbər tərəfindən bıçaqlandığı qeyd olunurdu.
Həmin vaxt polis tərəfindən saxlanılan Ə.Əkbər isə bacısının pulunu mənimsəmək məqsədilə qətl törətdiyini etiraf edib.

2016-cı ilin yanvarında isə üç azərbaycanlı Türkiyənin Düzcə bölgəsində amansızlıqla qətlə yetirilib.

Gürcüstan vətəndaşları – 52 yaşlı Ema Şərifova, bacısı, 46 yaşlı Elnaz Şərifova və nəvəsi, 19 yaşlı Sahib Şərifovun meyitləri yaşadıqları evdən tapılıb. Məlum olub ki, Ema Şərifova və nəvəsinin boğazı kəsilib, Elnaz Şərifova isə boğularaq öldürülüb.

Mətbuatda böyük müzakirələrə səbəb olan daha bir qətl hadisəsi isə 2012-ci il mayın 17-də baş vermişdi. Hadisənin təfərrüatlarına görə, 7 il əvvəl Azərbaycandan Türkiyəyə köçən Reyhan Nəcəfova və qonşuluqda yaşayan türk ailə arasında azyaşlı uşaqların anlaşmazlığı səbəbindən dava yaşanıb. Belə ki, həmyerlimiz Günay Hüseynzadə binanın həyətində 9 yaşlı qardaşının qonşuluqda yaşayan həmyaşıdı ilə dalaşdığını görüb. O, oğlanın bacısı Tuğçeni çağıraraq xəbərdarlıq edib. Daha sonra mübahisə binanın blokunda davam edib və işə uşaqların anaları Reyhan Nəcəfova və Tuğba.C də qarışıb. Bu zaman R.Nəcəfova qonşuluqda yaşayan qadını yumruqla vurub. 17 yaşlı yeniyetmə Tuğçe bundan qəzəblənərək üzərindəki bıçaqla R.Nəcəfovaya hücum edib. Anasını qan içində görən Günayın qışqırdığından azyaşlı Tuğçenin onu da bıçaqladığı bildirilib.

Related Articles

+994 50 295 94 79
top